Yaxın Şərq Xəbərləri

Ərdoğan vandalizimi,Türkiyə Suriyanın Afrin şəhərinə etdiyi təcavüzdə 3 min illik tarixi abidəni məhv etdi Video+ Foto

Suriyanın İnsan Haqqları qrupunun müdiri Ramin Əbdül Rəhman baş vermiş hadisəni bir faciə adlandırmış və Türkiyənin bu işini sələfi terror qruplaşmalarının qədim Palmira-Tedmur şəhərində həyata keçirtdikləri vandalizimlə eyni səviyyədə tutaraq müqayisə etmişdir.


Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın İnsan Haqqları qrupunun müdiri Ramin Əbdül Rəhman bildirib: “3 min illik tarixə malik olan Hitti İperatorluğu dövrünün qədim “Eyn Darə” məbədi Türkiyə hərbi qırıcılarının hücumları nəticəsində ciddi zədələnmişdir.”

Ramin Əbdül Rəhman baş vermiş hadisəni bir faciə adlandırmış və Türkiyənin bu işini sələfi terror qruplaşmalarının qədim Palmira-Tedmur şəhərində həyata keçirtdikləri vandalizimlə eyni səviyyədə tutaraq müqayisə etmişdir.

Qeyd edək ki, “Eyn Darə” məbədi Aramilər iperatorluğu dövrünə (1300 il miladdan qabaq) aiddir. Bu abidə müasir Suriya torpaqlarında Hələb rayonunun şimal-qərb nahiyyəsinin 67 km-də Türkiyə ilə sərhəd bölgədə yerləşir.

Aramilər Sami dilli xalqlar olmuşlar. İperatorluğun rəsmi dili Arami dili olmuşdur. Hətta kahinlər bu dildə danışmış və kitablarını yazmışlar. Həzrəti Danyal (əleyhi səlam) və Üzeyir (əleyhi səlam) peyğəmbərlərin Səmavi Kitabları, o cümlədən Təlmud (yəni Şifahi Tövrat) kitabı Arami dilində yazılmışdır.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky