Ali Yəhud Xəbərləri

Sələfilərin baş müftisi: İsrailə qarşı döyüşmək haramdır

İsailin rabitə naziri Eyyub Kara vəhabi müftinin bu çıxışını dəstəkləyib və onu ölkəsinə dəvət edib.

  • News Code : 866886
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Əbdüləziz Ali Şeyx Fələstinin azadlığı uğrunda mübarizə aparan Həmas hərəkatını terror təşkilatı adlandıraraq deyib: “Hizbullah təşkilatına qarşı mübarizə aparmaq üçün İsrailə dəstək verə bilərik.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının baş müftisi və üləma heyətinin rəhbəri Əbdüləziz Ali Şeyx qalmaqallı açıqlama ilə çıxış edib. Belə ki, vəhabi müfti "Əl-Əqsa" məscidi ətrafında yaranan problemlər zamanı iştirak etdiyi televiziya proqramında qeyd edib ki, İsrailə qarşı müharibə etmək haramdır.

O, həmçinin Fələstinin azadlığı uğrunda mübarizə aparan Həmas hərəkatını terror təşkilatı adlandıraraq deyib: “Hizbullah təşkilatına qarşı mübarizə aparmaq üçün İsrailə dəstək verə bilərik.”

Qeyd edək ki, Səudiyyə baş müftisinin bu açıqlaması İsrail rejimində müsbət qarşılanıb. İsailin rabitə naziri Eyyub Kara vəhabi müftinin bu çıxışını dəstəkləyib və onu ölkəsinə dəvət edib: "Səudiyyə Ərəbistanı müftisi Əbdüləziz Ali Şeyxi yəhudilərə qarşı döyüşməyi və onları öldürməyi qadağan edən fətvasına görə təbrik edirik. Ali Şeyx, Həmasın terror təşkilatı olduğunu və fələstinlilərə zərər verdiyini, "Əl-Əqsa"da keçirilən aksiyaların iğtişaş olduğunu və Hizbullahı yox etmək üçün İsrail ordusu ilə əməkdaşlıq edə biləcəyini deyib. Mən müftini İsraili ziyarət etməyə dəvət edirəm, o, yüksək səviyyədə qarşılanacaq".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky