Uzaq Şərq Xəbərləri

Flippində “İŞİD”-ə son qoyuldu – Rəsmi açıqlama

Filippin müdafiə naziri: ““İŞİD-in "son qalası" ələ keçirildi. artıq Maravidə heç bir terrorçu yoxdur.”

Flippində “İŞİD”-ə son qoyuldu – Rəsmi açıqlama

D. Lorenzan: ““Maute Camaatı” sonuncu terror qruplaşması idi ki, Flippin hərbiçiləri ilə üz-üzə gələrək müqavimət göstərdilər. Sonuncu əməliyyatdan sonra və girov götürülmüş insanların azad edilməsinin ardınca şəhərin təhlükəsizliyi təmin edilib.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Filippin müdafiə naziri Delfin Lorenzana jurnalistlərə verdiyi açıqlamada ölkənin cənubunda yerləşən Maravi şəhərində qondarma “İŞİD” adlı terror ünsürlərinə aid "Maute Camaatı" təşkilatına qarşı davam etdirdikləri 5 aylıq döyüşün sonunun gəldiyini bildirib.

Flippinin Klark şəhərində verdiyi açıqlamada D. Lorenzana deyib: “Maravi şəhərində terrorçulara qarşı aparılan silahlı əməliyyatlar nəticəsində mindən artıq terrorçu məhv edilib. Artıq Flippin hərbiçiləri qarşısına çıxa biləcək terror qrupu qalmayıb.”

O, bildirib: ““Maute Camaatı” sonuncu terror qruplaşması idi ki, Flippin hərbiçiləri ilə üz-üzə gələrək müqavimət göstərdilər. Sonuncu əməliyyatdan sonra və girov götürülmüş insanların azad edilməsinin ardınca şəhərin təhlükəsizliyi təmin edilib.”

Filippin Mindanao əyalətinə bağlı Maravi şəhərində İŞİD-ə beyət etmiş "Maute Camatı" təşkilatı ilə hökümət qüvvələri arasında 5 aylıq döyüşlərdə 1131 nəfər həlak olub. Bunlardan 919 nəfəri terrorçu ünsür, 165 nəfəri isə, Flippin hökümət qüvvələri olub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky