Sionist Vəhhabi Vandalizimi

8 Şəvval Ümüdünya Bəqi Günüdür: 1925-ci ildə vəhhabilər Bəqi qəbristanlığında tarixi abidələri dağıtdılar

Bəqi qəbiristanlığının dağıdılması 20-ci əsrin cinayətləri sırasında yer alır.

8 Şəvval Ümüdünya Bəqi Günüdür: 1925-ci ildə vəhhabilər Bəqi qəbristanlığında tarixi abidələri dağıtdılar

Səud sülaləsi tərəfindən Bəqi qəbiristanlığının uçurulması iki dəfə baş verib.

Birinci: 1221-ci hicri qəməri ilində (miladi tarixi ilə 1800-cü ildə) yəhudi və xristianlardan ibarət olan "mason" təşkilatının verdiyi maddi və mənəvi dəstəklər sayəsindəə vəhhabi qüvvələri Əbdüləziz ibn Səudun başcılığı ilə Mədinə şəhərini uzun müddət mühasirədə saxladıqdan sonra müsəlman əhalini kütləvi qətlə yetirdilər. Peyğəmbərin (s) qəbrini qarət etdikdən sonra Əbdüləziz ibn Səud Bəqidəki qəbirlərin uçurulması əmrini verdi.

Bu zaman Osmanlı xəlifəsi öz valisi Məhəmməd Əli padşaha Hicazı vəhhabi hakimiyyətindən azad etməyi əmr edir. Hicri tarixi ilə 1227-ci ildə vəhhabilər məğlubiyyətə uğrayırlar. Bundan sonra əhali mübarək məkanları yenidən bərpa edir.

İkinci: Hicri 1344-cü il şəvval ayının 8-i (miladi tarixi ilə 1925-ci il) yəhudi və xristianların göstərdikləri səylər nəticəsində Səud sülaləsi yenidən hakimiyyətə gəlir. Həmin il Şeyx Abdullah özünün baş qazisini Süleyman ibn Bülheydəni Mədinəyə və Hicaza alimlərdən məqbərələrin uçurulması razılığını almaq uçun göndərir. Onların bir coxu canlarının qorxusundan cavab vermir. Bəziləri isə razılıqlarını bildirirlər. Vəhhabi vandalları da silah gücünə Mədinə şəhərində və şəhərdən kənarda olan günbəzləri və zərihləri, o cümlədən məsum İmamların (ə) məqbərələrini uçurdurlar.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şəvval ayı hicri-qəməri təqviminin 10-cu ayıdır. Bu ayda İslam tarixində bir çox mühüm hadisələr baş verib.

Şəvval ayının biri – Fitr bayramı

5 şəvval-  Müslim ibni Əqilin Kufəyə gəlməsi

7 şəvval – Ühüd döyüşü, hz Həmzənin şəhadəti

8 şəvval – Bəqi Qəbirsanlığının dağıdılması (1806-1926)

17- Xəndək və ya Əhzab döyüşü (5 h.q)

20 şəvval – İmam Kazimin (ə) məhbəsə salınması (179 h.q)

21 şəvval – Andalusun fəth edilməsi (92 h.q)

25 şəvval – İmam Sadiqin (ə) şəhadəti (148 h.q)

Qeyd edək ki, 8 Şəvval Ümüdünya Bəqi Günü kimi qeyd olunur. Bu tarixdə yəhudi və xristian birləşmələrinin göstərdikləri maddi və mənəvi dəstəkləri ilə Səud sülaləsi dəfələrlə Hicaz məntəqəsində dünyanın ən nadir tarixi binalarını, məzar və abidələrini dağıdaraq yerlə yeksan etmişdir. Bu abidələrin yerləşdiyi məntəqə isə Bəqi adlanır.

Bəqi qəbiristanlığı Mədinə şəhərində Məscidün-Nəbinin qarşısında yerləşir. “Bəqi” ərəb dilindən tərcümədə “bol ağac bitən və ya ağac kökləri ilə dolu olan ərazi” deməkdir. Müqəddəsliyinə görə bura Cənnətül-Bəqi də deyirlər. Bəqi qəbiristanlığı İslamdan əvvəldə Yəsrib camaatının qəbiristanlığı idi. Burada Peyğəmbərin (s) oğlu İbrahim, qızları Ümmül-Gülsüm, Zeynəb, Ruqəyyə, Ühüd döyüşündə şəhid olanlar və digər səhabələr – o cümlədən, Abdullah ibn Məsud, Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdülmüttəlib, Həzrət Peyğəmbərin (s) süd anası Həlimə binti Əbu Züeyd, İmam Əlinin (ə) anası Fatimə binti Əsəd və başqaları dəfn olunmuşdur.

Bu məkanda Peyğəmbərin (s) nəvəsi: İmam Həsən (ə), İmam Səcccad (ə), İmam Muhəmməd Baqir (ə), İmam Cəfər Sadiq (ə) mütəhhər qəbirləri yerləşir.

Səud sülaləsi tərəfindən Bəqi qəbiristanlığının uçurulması iki dəfə baş verib.

Birinci: 1221-ci hicri qəməri ilində (miladi tarixi ilə 1800-cü ildə) yəhudi və xristianlardan ibarət olan "mason" təşkilatının verdiyi maddi və mənəvi dəstəklər sayəsindəə vəhhabi qüvvələri Əbdüləziz ibn Səudun başcılığı ilə Mədinə şəhərini uzun müddət mühasirədə saxladıqdan sonra müsəlman əhalini kütləvi qətlə yetirdilər. Peyğəmbərin (s) qəbrini qarət etdikdən sonra Əbdüləziz ibn Səud Bəqidəki qəbirlərin uçurulması əmrini verdi.

Bu zaman Osmanlı xəlifəsi öz valisi Məhəmməd Əli padşaha Hicazı vəhhabi hakimiyyətindən azad etməyi əmr edir. Hicri tarixi ilə 1227-ci ildə vəhhabilər məğlubiyyətə uğrayırlar. Bundan sonra əhali mübarək məkanları yenidən bərpa edir.

İkinci: Hicri 1344-cü il şəvval ayının 8-i (miladi tarixi ilə 1925-ci il) yəhudi və xristianların göstərdikləri səylər nəticəsində Səud sülaləsi yenidən hakimiyyətə gəlir. Həmin il Şeyx Abdullah özünün baş qazisini Süleyman ibn Bülheydəni Mədinəyə və Hicaza alimlərdən məqbərələrin uçurulması razılığını almaq uçun göndərir. Onların bir coxu canlarının qorxusundan cavab vermir. Bəziləri isə razılıqlarını bildirirlər. Vəhhabi vandalları da silah gücünə Mədinə şəhərində və şəhərdən kənarda olan günbəzləri və zərihləri, o cümlədən məsum İmamların (ə) məqbərələrini uçurdurlar.

Bəqi qəbiristanlığının dağıdılması 20-ci əsrin cinayətləri sırasında yer alır.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky