İlahi Xilafət Bayramı

Xanım Zeynəb hərəmində Qədir-Xum bayramı qeyd olunub – Foto

Xanım Zeynəb hərəmində Qədir-Xum bayramı qeyd olunub – Foto

Tədbirdə Ayətullah Xameneyinin Suriya üzrə nümayəndəsi Seyid Əbulfəz Təbatəbai Suriya və İraq xalqını son günlər İŞİD üzərində əldə edilən qələbə münasibəti ilə təbrik edib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın Dəməşq şəhərində yerləşən Xanım Zeynəb (ə.s) ziyarətgahında Qədir-Xum bayramı qeyd olunub.

Dövlət rəsmilərinin də qatıldığı mərasimdə şəhər əhalisi və Xanım Zeynəb (ə.s) hərəminin müdafiəçiləri iştirak edib.

Tədbirdə Ayətullah Xameneyinin Suriya üzrə nümayəndəsi Seyid Əbulfəz Təbatəbai Suriya və İraq xalqını son günlər İŞİD üzərində əldə edilən qələbə münasibəti ilə təbrik edib.

"Qədir-Xum bayramı heç bir məzhəbə aid deyil, bütün müsəlmanların bayramıdır. Son günlər Suriya ordusu və müqavimət qüvvələr, eləcə də İraq ordusu İŞİD terrorçularını torpaqlardan çıxartmağa, onlara ağır zərbələr vurmağa nail olublar. Bu qələbələr münasibəti ilə, eləcə də Qədir-Xum bayramı münasibəti ilə Suriya xalqını, xüsusən müqavimət qüvvələrini və Xanım Zeynəb hərəminin müdafiəçilərini təbrik edirəm” deyə vurğulayıb.

Qeyd edək ki, dəfələrlə İŞİD terrorçuları Xanım Zeynəb ziyarətgahını dağıtmağa çalışıblar. Bir neçə dəfə raket zərbəsi ilə hədəfə alıblar. Ziyarətgahı partlatmaq üçün terror aktı planlaşdırılıb. Ordu qüvvələri tərəfindən terror aktının qarşısı alınıb. Hal-hazırda ziyarətgah "Hərəm müdafiəçiləri” adlanan könüllülər və Suriya ordusu tərəfindən mühafizə edilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky