Suriya Xəbərləri

Türkiyənin işğal etdiyi Afrin bölgəsi "Azad Ordu" terrorçuları tərəfindən qarət edilir

Türkiyənin işğal etdiyi Afrin bölgəsi

Azad Ordu qrupunun ünsürləri Afrinin şimal-şərqində yerləşən Şəran qəsəbəsi sakinlərini YPG ilə əlaqəli olmaq bəhanəsi ilə evlərindən qovurlar. Bölgənin gəncləri və kişilərini saxta ittihamlar və bəhanələrlə həbs, işgəncə edir, döyür və pul qarşılığında azad edirlər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, prezident Ərdoğanın fərmanı ilə Suriyanın şimal bölgəsini işğal edən Türkiyə ordusunun dəstəkədiyi "Azad Suriya Ordusu" adlı terror təşkilatı növbəti vandalizimə əl atıb.

Bu haqda terrorçulara bağlı Suriya İnsan Haqları Gözətçisi Mərkəzi ötən gecə bildirib:" Türkiyə ordusu tərəfindən dəstəklənən "Suriya Azad Ordusu"nun silahlı ünsürləri Afrin bölgəsi sakinlərinin əmlakını qarət edirlər".

Bu mərkəzin sözlərinə görə, Azad Ordu qrupunun ünsürləri Afrinin şimal-şərqində yerləşən Şəran qəsəbəsi sakinlərini YPG ilə əlaqəli olmaq bəhanəsi ilə evlərindən qovurlar. Bölgənin gəncləri və kişilərini saxta ittihamlar və bəhanələrlə həbs, işgəncə edir, döyür və pul qarşılığında azad edirlər.

Məlumata görə, Afrin şəhəri və ətrafında mənzillərə basqın, təftiş hələ də davam edir.

Türkiyə ordusunun Afrin bölgəsində hərbi əməliyyatı 2018-ci il 20 yanvardan Zeytun Budağı adı altında başlandı, Afrində yüzlərlə sivil həlak oldu və yaralandı, yüzlərlə kənd və qəsəbə viran oldu, minlərlə sivil kəndlər və qəsəbələrdən didərgin düşdü.

Suriya Xarici İşlər Nazirliyi Türkiyənin Afrindəki hərbi əməliyyatını Suriyanın ərazi bütövlüyü və suverenliyinin pozulması adlandırıb və onu pisləyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky