Yaxın Şərq Xəbərləri

Suriyanın mərkəzi bölgəsində terrorçuların son müqavimət mərkəzi məhv edildi

Suriya ordusu ölkənin mərkəzi hissəsində İŞİD müqavimətini qırdı.

Suriyanın mərkəzi bölgəsində terrorçuların son müqavimət mərkəzi məhv edildi

Rusiya Müdafiə Nazirliyi: “Suriyanın mərkəzi bölgəsində terrorçuların son müqavimət mərkəzi məhv edildi. Hazırda Suriya silahlı qüvvələri Ukayribatın şəhərinin ətrafını təmizləyir”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya ordusu Rusiya Hava Qüvvələrinin dəstəyi ilə Hama vilayətində Ukayribat bölgəsini İŞİD-in işğalından azad edib.

Rusiya Müdafiə Nazirliyi belə bir açıqlama ilə çıxış edib: “Suriyanın mərkəzi bölgəsində terrorçuların son müqavimət mərkəzi məhv edildi. Hazırda Suriya silahlı qüvvələri Ukayribatın şəhərinin ətrafını təmizləyir”.

Rusiya təyyarələrinin İŞİD mənsublarına aid informasiya mərkəzlərini, nəzarət nöqtələrini, bazaları və zirehli maşınları vurduğu bəyanatda qeyd olunub.

Xatırladaq ki, avqustun 25-də Rusiya Silahlı Qüvvələrinin Suriyadakı komandiri polkovnik Sergey Surovikin Suriya və Rusiyanın Ukayribat qəsəbəsindəki birgə əməliyyatın başa çatmağa yaxın olduğunu bildirmişdi. Surovikin strateji əhəmiyyətli qəsəbənin azad edilməsi ilə Suriya hökumət qüvvələrinin, Salamiyyə-Hanasir avtomobil magistralının qərbində bir təhlükəsiz bölgə qura biləcəyini və Palmiranın şimalındakı neft ərazilərinə nəzarət edə biləcəyini vurğulamışdı.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky