Yaxın Şərq Xəbərləri

Suriya və Rusiya təyyarələri Deyr əz-Zorda kürdlərə zərbələr endirdi

Suriya və Rusiya təyyarələri Deyr əz-Zorda kürdlərə zərbələr endirdi

Suriya ordusunun Deyr əz-Zor şəhərini İŞİD terrorçularından azad etmə əməliyyatı uğurla davam etdiyi bir vaxtda ABŞ-ın dəstəklədiyi və əksəriyyəti kürdlərdən ibarət olan Suriya Demokratik Qüvvələri Deyr əz-Zor vilayətinin zəngin neft yataqları olan ərazilərə doğru irəliləməyə başlayıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, sentyabrın 15-i gecə saatlarında Rusiya Hərbi Kosmik Qüvvələri ilə Suriya hərbi aviasiyası Deyr əz-Zor şəhərinin Sənayi rayonu ərazisində Suriya Demokratik Qüvvələrinin mövqelərini bombardman edib.

Zərbələr Fərat çayının şərq sahilinə endirilib.

Aviazərbələr nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Xatırladaq ki, Suriya ordusunun Deyr əz-Zor şəhərini İŞİD terrorçularından azad etmə əməliyyatı uğurla davam etdiyi bir vaxtda ABŞ-ın dəstəklədiyi və əksəriyyəti kürdlərdən ibarət olan Suriya Demokratik Qüvvələri Deyr əz-Zor vilayətinin zəngin neft yataqları olan ərazilərə doğru irəliləməyə başlayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky