Yaxın Şərq Xəbərləri

Suriya və Onun müttəfiq qüvvələri qondarma İsraillə sərhədə yaxın əraziləri tutur

Allah Ordusu qondarma sionist rejimin hüdudlarına doğru irəliləməkdədir.

Suriya və Onun müttəfiq qüvvələri qondarma İsraillə sərhədə yaxın əraziləri tutur

Mühasirəyə alınan ərazi paytaxt Dəməşqin cənub-qərbində üsyançıların əlində olan, Qərbi Quta kimi tanınan sonuncu istinadgahdır. Artıq o da əldən çıxmaq üzrədir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Sepahın Qüds Qanadının hərbi bölmələri Suriyanın hökumətinin iznilə bu ölkədə sionist rejimi, ABŞ və səudiyyə rejiminin dəstəyi ilə fəaliyyət göstərən xarici və daxili terrorçu qüvvələrə qarşı apardıqları əməliyyatları davam etdirirlər. Belə ki, qondarma israil rejimi və Livanla sərhəd yaxınlığında üsyançıların əlində olan son eksklav artıq mühasirəyə alınıb.

Mərkəzi İngiltərədə yerləşən Suriya İnsan Haqları Təşkilatı dekabrın 25-də bildirib ki, hökumət qüvvələri Beit Jin şəhərini və ətraf əraziləri əhatələyib.

Məlumatına görə, mühasirədə olan döyüşçülərin üsyançıların əlində olan İdlib vilayətinə köçürülməsindən ötrü danışıqlar aparılır.

Suriya qüvvələri və müttəfiqləri sələfi və azad Suriya ordusu kimi adlanan terrorçu qüvvələr ilə savaşır.

Mühasirəyə alınan ərazi paytaxt Dəməşqin cənub-qərbində üsyançıların əlində olan, Qərbi Quta kimi tanınan sonuncu istinadgahdır. Artıq o da əldən çıxmaq üzrədir. Allah Ordusu qondarma sionist rejimin hüdudlarına doğru irəliləməkdədir.

Suriya qüvvələrinin və onun İran İslam Respublikasının dəstəklədiyi müttəfiqlərinin yəhudilər tərəfindən işğal olunmuş Fələstin ərazilərinə yaxınlaşması məsələsi isə, ABŞ, Qərb İttifaqı və onların dəstəklədiyi qondarma israil rejimini bərk narahat edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky