Sionizim Xəbərləri

Suriya S-300 ilə təchiz olunarsa İsrailin manevr çərçivəsi daralacaqdır – Maariv qazeti

Suriya S-300 ilə təchiz olunarsa İsrailin manevr çərçivəsi daralacaqdır – Maariv qazeti

Maariv qazeti: "Rusiyanın Suriyaya dəstəyi İsrailin Suriyada azad şəkildə əməliyyatlar aparmasının qarşısını alacaqdır. Bununla da İsrail böyük bir problemlə, havadan müdafiə sistemlərini hədəfə almaq çalışqanlığı ilə üzləşməli olacaqdır. Bu da yəni İsrail ilə Rusiyanın bir başa üz-üzə gəlməsi deməkdir."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, sionist rejimə məxsus medialar bildiriblər ki, Suriya S-300 havadan müdafiə sistemi ilə təchiz olunmaqla Təl-əvivin Suriyadakı azad şəkildə əməliyyatlar aparması məhdudlaşdı.

Maariv qazeti daha sonra qeyd edib: "Bu gün Suriyada S-300 raketləri eləcə də, S-400 raketləri mövcuddur. Rusiya bu sistemlərin vasitəsi ilə, özünün Suriyadakı hərbi bazalarını qoruyur."

Sionist rejimə məxsus qazet sonra yazaraq bildirir: "Əgər Rusiya Suriyanı S-300 havadan müdafiə raketləri ilə, mücəhhəz edərsə şübhəsiz Suriyanın havadan müdafiə sistemi daha da mükəmməlləşəcəkdir."

Qazet daha sonra deyib: "Suriya fevral ayında İsrailin F-16 qırıcısını vurmağa nail oldu. Rusiyanın Suriyaya dəstəyi İsrailin Suriyada azad şəkildə əməliyyatlar aparmasının qarşısını alacaqdır. Bununla da İsrail böyük bir problemlə, havadan müdafiə sistemlərini hədəfə almaq çalışqanlığı ilə üzləşməli olacaqdır. Bu da yəni İsrail ilə Rusiyanın bir başa üz-üzə gəlməsi deməkdir."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky