Suriya Xəbərləri

Suriya ordusu Şərqi Qutada İsrail istehsalı silah-sursat aşkarladı

Dəməşqdən 10 km uzaqlıqda yerləşən Harəstə rayonunda terrorçuların gizli silah anbarı aşkarlanıb.

Suriya ordusu Şərqi Qutada İsrail istehsalı silah-sursat aşkarladı

Terrorçuların gizli anbarında İsrail rejimi tərəfindən istehsal olunan mina və əl qumbaralarının tapıldığı qeyd olunub.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya hökumət qüvvələri Dəməşq ətrafındakı Şərqi Quta bölgəsində terrorçulara məxsus tuneldən İsrail istehsalı olan çox sayda silah-sursat aşkarlayıb.

Suriya dövlət televiziyasının bu günkü xəbərində ordu qüvvələrinin paytaxt Dəməşqdən 10 km uzaqlıqda yerləşən Harəstə rayonunda terrorçuların gizli silah anbarını aşkarladıqları, anbarda İsrail rejimi tərəfindən istehsal olunan mina və əl qumbaralarının tapıldığı qeyd olunub.

Suriya Müdafiə Nazirliyindən verilən açıqlamada gizli silah anbarlarının tapıntısının ilk olmadığı, bundan əvvəl də terrorçulardan təmizlənən ərazilərdə çox sayda gizli silah anbalarının tapıldığı və həmin anbarlarda külli miqdarda qərb istehsalı silah-sursatın olduğu diqqətə çatdırılıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky