Yaxın Şərq Xəbərləri

Suriya Ordusu Livan, İraq Hizbullahının köməkliyi ilə, Deyr Əl Zur şəhərini azad etdi – Foto

Hərbi resurs: “Suriya Ordu Qüvvələri və müttəfiqləri şəhərin məhəllələrini bir-bir gəzərək geridə qalmış terrorçuları ovluyurlar

Suriya Hərbi resurslarının bildirdiyi xəbərə görə, Suriya Ordusu Könüllü Xalq Dəstələri və digər müttəfiqləri ilə birgə apardığı anti-terror əməliyyatlar nəticəsində xeyli sayda azğın terrorçu ünsürlərini əsas başçıları ilə birlikdə darmadağın etdikdən sonra, Deyr Al Zur şəhərini azad edərək şəhərə nəzarəti tam sürətdə bərpa ediblər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Dövləti və Onun Müttəfiqləri (İİR, Rusiya Federasiyası, Livan və İraq Hizbullahı) Neft yataqları ilə dolu olan və qondarma “İŞİD” terror qruplaşmasının Suriyadakı sonuncu qalası sayılan Deyr Al Zur şəhərini aylarla davam edən mübarizədən sonra azad ediblər.

Suriya Hərbi resurslarının bildirdiyi xəbərə görə, Suriya Ordusu Könüllü Xalq Dəstələri və digər müttəfiqləri ilə birgə apardığı anti-terror əməliyyatlar nəticəsində xeyli sayda azğın terrorçu ünsürlərini əsas başçıları ilə birlikdə darmadağın etdikdən sonra, Deyr Al Zur şəhərini azad edərək şəhərə nəzarəti tam sürətdə bərpa ediblər.

Hərbi resursların bildirdiyinə görə, Suriya Ordu Qüvvələri və müttəfiqləri şəhərin məhəllələrini bir-bir gəzərək geridə qalmış terrorçuları ovluyurlar.

Suriya Ordusu və müttəfiqləri artilleriya vəhava qüvvələrinin dəstəyi ilə düşmənə dəqiq və ağır zərbələr endiriblər. Şəhərin ümumi parkı, Nur xəstəxanası və qədim qarac bölgəsi Suriya Dövlətinin tam nəzarətindədir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky