Yaxın Şərq Xəbərləri

Sionistyönlü ən-Nusra terrorçularının dağıtdı Hicr ibni Ədiynin məzarı suriyalılar tərəfindən bərpa edildi – Foto

Hicr ibn Ədiyy Kindi (ridvanullahi taala əleyh) hicrətin 51-ci ilində Müaviyənin əmri ilə edam edilmişdir. Onun məzarı Suriyanın əl-Ədra şəhərində yerləşir. 4 il öncə, 2013-cü ilin mayında isə, onun Suriyadakı məqbərəsi Müaviyyə və oğlu Yezidin ardıcıllarından olan sionistyönle təkfirçi "ən-Nusra Cəbhəsi" tərəfindən dağıdıldı.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Həzrət Mühəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) və eyni zamanda İmam Əlinin (əleyhi səlam) ən sadiq və tanınmış səhabələrindən biri olan Hicr ibn Ədiyy Kindi İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) şəhadətindən sonra da İslamın təbliği yolunda fədakarlıq etmişdi. Belə ki, tarix kitablarında İran və Şam diyarlarının fəthində, xüsusilə də Qadisiyyə savaşında onun misilsiz şücaətlər göstərdiyini yazırlar. Lakin bütün bunlara baxmayaraq Hicr ibn Ədiyy Kindi (ridvanullahi taala əleyh) hicrətin 51-ci ilində Müaviyənin əmri ilə edam edilmişdir. Onun məzarı Suriyanın əl-Ədra şəhərində yerləşir. 4 il öncə, 2013-cü ilin mayında isə, onun Suriyadakı məqbərəsi Müaviyyə və oğlu Yezidin ardıcıllarından olan sionistyönle təkfirçi "ən-Nusra Cəbhəsi" tərəfindən dağıdıldı. Az keçmədi ki, suriyalılar onun məzarını yenidən bərpa edərək Peyğəmbər və imamlara salavat zikrini məzarın üzərinə həkk etdilər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky