Yaxın Şərq Xəbərləri

Şərqi Qutada terrorçuların gizli kimyəvi emalatxanası tapıldı

Şərqi Qutada terrorçuların gizli kimyəvi emalatxanası tapıldı

Polkovnik Firuz İbrahim: "Terrorçuların geri çəkilməsindən sonra Şərqi Qutanın Aftris kəndində aparılan işlər zamanı kimyəvi sursat istehsalı məqsədilə istifadə edilən bir emalatxana tapılıb."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyalı polkovnik Firuz İbrahim media qarşısında açıqlama verərək Şərqi Qutada terrorçulara aid kimyəvi emalatxananın Suriya Ərəb Ordusu tərəfindən kəşf edildiyini deyib.

Polkovnik bildirib ki, terrorçuların geri çəkilməsindən sonra Şərqi Qutanın Aftris kəndində aparılan işlər zamanı kimyəvi sursat istehsalı məqsədilə istifadə edilən bir emalatxana tapılıb.

Suriyalı polkovnikin sözlərinə görə, yaraqlılar çox güman ki, hökumət qüvvələrini kimyəvi silah istifadə etməkdə günahlandırmağa dair bir təxribat həyata keçirmək üçün həmin sursatları istehsal edirdilər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky