Yaxın Şərq Xəbərləri

Şərqi Qutə-də terrorçulara aid ikinci kimyəvi silahlar düzəldən emalatxana aşkarlanıb

Şərqi Qutə-də terrorçulara aid ikinci kimyəvi silahlar düzəldən emalatxana aşkarlanıb

Duma bölgəsinin əş-Şəfuniyyə qəsəbəsində aşkarlanan, zəhərli və partlayıcı maddələr istehsal etmək üçün xarici təchizatlarla təchiz olunmuş terrorçulara məxsus emalatxanada kimyəvi və zəhərli maddələr, müxtəlif turşular və xlor kəşf edilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Ərəb Ordusu Dəməşqin ətrafında Şərqi Qutənin əş-Şəfuniyyə qəsəbəsində ABŞ, Qərb İttifaqı, sionist israil və Səudiyyə rejimləri tərəfindən Suriyada dəstəklənən vəhhabi terrorçularına məxsus kimyəvi silahlar düzəldən başqa bir emalatxana aşkarlayıb.

Məlumata görə, Duma bölgəsinin əş-Şəfuniyyə qəsəbəsində aşkarlanan, zəhərli və partlayıcı maddələr istehsal etmək üçün xarici təchizatlarla təchiz olunmuş terrorçulara məxsus emalatxanada kimyəvi və zəhərli maddələr, müxtəlif turşular və xlor kəşf edilib.

Qeyd edək ki, Suriya Ərəb Ordusu bundan öncə bazar ertəsi günü də yenicə azad olunmuş Şərqi Qutanın Aftris kəndində aparılan işlər zamanı kimyəvi sursat istehsalı məqsədilə istifadə edilən terrorçulara məxsus bir emalatxana aşkarlamışdı.

Bu barədə media qarşısında açıqlama verən suriyalı polkovnik Firuz İbrahim sexlərdə aşkarlanan vasitələrin kimyəvi silahdan istifadə haqda Suriya ordusuna qarşı ittiham məqsədilə irəli sürmək üçün hazırlandığını bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky