Yaxın Şərq Xəbərləri

Qələbə: Suriya Ordusu Dəməşqin cənubundakı üç şəhərciyi azad etdi

Dəməşq ətrafındakı təxliyə əməliyyatı tamamlandı.

Qələbə: Suriya Ordusu Dəməşqin cənubundakı üç şəhərciyi azad etdi

Əməliyyat nəticəsində 3 200-dən artıq terrorçu 5 000-dən çox ailə üzvləri ilə Dəməşqin cənub məhəllələrindən təxliyə edilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, yeddil il işğaldan sonra Suriya Ordusu Dəməşqin cənub bölgəsini terror ünsürlərindən azad etdi.

Suriya hökumət qüvvələri paytaxt Dəməşqin cənubundakı Yəlda, Bila, Beytu Səhm, Muhayyəm və Yarmuk məhəllələri də daxil olmaqla, bütün məhəllələrdən terrorçuların təxliyəsi əməliyyatını tamamlayıb.

Əməliyyat nəticəsində 3 200-dən artıq terrorçu 5 000-dən çox ailə üzvləri ilə Dəməşqin cənub məhəllələrindən təxliyə edilib.

Dəməşqin cənub məhəllələrinin kiçik bir qismi İŞİD üzvlərinin nəzarətindədir. Suriya ordusu terrorçuları zərərsizləşdirmək üçün əməliyyatlara davam edir.

Qeyd edək ki, təxliyyə olunan terrorçu ünsürlər Suriyanın şimal bölgələrinə sığınıblar. Yaxın gələcəkdə Suriya Ordusu və onun müttəfiqləri bir küncə toparladıqları terrorçulara qarşı ağır əməliyyatlara başlayacaqlarını istisna etmirlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky