Suriya Xəbərləri

Kürd qadın Afrinə təcavüz etmiş türk əskərləri önündə intihar etdi

Kürd qadın Afrinə təcavüz etmiş türk əskərləri önündə intihar etdi

Suriya Demokratik Qüvvələri adlı terror qruplaşması intihar əməliyyatını həyata keçirən ünsürün adını açıqlayaraq onun Afəsta Xabur olduğunu bildiriblər. İntihar əməliyyatı Türkiyənin hərbi təcavüzünə cavab olaraq Cəndirəs məntəqəsindəki Həmmam kəndində baş verib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyada fəaliyyət göstərən kürd əsilli “Suriya Demokratik Qüvvələri” adlı terror qruplaşmasına aid qadın ünsürü Afrin şəhərinin cənub-qərb nahiyyəsindəki təcavüzkar türk tankı qarşısında özünü partladaraq, tankı içindəki ekipajla birlikdə məhv etmişdir.

Suriya Demokratik Qüvvələri adlı terror qruplaşması intihar əməliyyatını həyata keçirən ünsürün adını açıqlayaraq onun Afəsta Xabur olduğunu bildiriblər. İntihar əməliyyatı Türkiyənin hərbi təcavüzünə cavab olaraq Cəndirəs məntəqəsindəki Həmmam kəndində baş verib.

Qeyd edək ki, Türkiyə dövləti 20 Yanvar 2018 tarixdə Zeytun Budağı adlı əməliyyat adı altında Suriya torpaqlarına təcavüz edərək kürd əsilli “Xalq Müdafiəçiləri Briqadaları” adlı terror qruplaşmasını zərərsizləşdirmək niyyətindədirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky