Suriya Xəbərləri

Dəməşq: "İsrail, ABŞ və Türkiyə də daxil olmaqla bütün təcavüzkarla mübarizəyə davam edəcəyik"

Şaban Türkiyənin Astana prosesini Suriyadakı işğalı davam etdirmək üçün istifadə etdiyini də önə sürüb.

Dəməşq:

Bəşşar Əsədin müşaviri: "Türkiyə Suriyada işğalçı vəziyyətindədir və Astana müqavilələri tətbiq etmir. Ankara müqavilələri zorakılığını gizlətmək üçün istifadə edir".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Prezidenti Bəşşar Əsədin müşaviri sionist rejim, ABŞ və Türkiyə də daxil olmaqla hər cür təcavüzkarla mübarizəyə davam edəcəklərini bildirib.

Bu barədə Buseyna Şaban Moskvada "Valday Müzakirə Klubu"nda keçirilən Yaxın Şərq mövzusunda konfransda jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

Bəşşar Əsədin müşaviri Buseyna Şaban Suriyanın Afrində keçirilən Zeytun budağı əməliyyatını Türkiyə ilə müzakirə edib-etmədiyi sualına "Xeyr", - cavabını verib.

Şaban Türkiyənin Astana prosesini Suriyadakı işğalı davam etdirmək üçün istifadə etdiyini də önə sürüb.

"Türkiyə Suriyada işğalçı vəziyyətindədir və Astana müqavilələri tətbiq etmir. Ankara müqavilələri zorakılığını gizlətmək üçün istifadə edir", - deyən Şaban Türkiyənin hərəkətlərinin Rusiyanın Suriyanın ərazi bütövlüyünü qorumaq səyləriylə zidd olduğunu qeyd edib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky