Yaxın Şərq Xəbərləri

Dəməşq ABŞ qüvvələrinin Suriyadakı qanunsuz hüzurunun sona çatmasını tələb etdi

Dəməşq ABŞ qüvvələrinin Suriyadakı qanunsuz hüzurunun sona çatmasını tələb etdi

Suriya Xarici İşlər Nazirliyi: "Dəməşq BMT Təhlükəsizlik Şurasından tələb edir ki, bu cinayətlər qarşısındakı məsuliyyətinə əməl etsin və müharibə cinayətkarı, qeyri-insani koalisiya olan necə deyərlər anti-İŞİD koalisiyanın Suriyadakı mövcudluğuna son qoyulsun."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Xarici İşlər Nazirliyi BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ayrı-ayrılıqda iki məktub yazaraq Amerika Birləşmiş Ştatlarının dəstək verdikləri koalisiya qüvvələri tərəfindən Suriya xalqına qarşı aparılan cinayətlərə sonqoyulmasını və qondarma "İŞİD" terrorçularının qalıqlarına verilən dəstəyin kəsilməsini tələb edib. Və bildirib ki, Suriya hakimiyətinə, milli vəhdətə ərazi bütövlüyünə qarşı yeganə təhlükə məhz bu amerikan koalisiyadır.

Suriya Xarici İşlər Nazirliyi bildirib: "Dəməşq BMT Təhlükəsizlik Şurasından tələb edir ki, bu cinayətlər qarşısındakı məsuliyyətinə əməl etsin və müharibə cinayətkarı, qeyri-insani koalisiya olan necə deyərlər anti-İŞİD koalisiyanın Suriyadakı mövcudluğuna son qoyulsun."

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky