Yaxın Şərq Xəbərləri

"Bağdadi ABŞ-ın himayəsi altında öz həyatını yaşayır" - Suriya parlamentinin üzvü

Əmmar Əsəd: “Xabur şəhərinin şərqində İŞİD terrorçuları ABŞ-ın dəstəyi ilə Suriya ordusu ilə döyüşə hazırlanır. Xabur şəhəri ABŞ-ın nəzarətindədir. Əbubəkr əl-Bağdadi də bu ərazidədir və ABŞ-ın himayəsi ilə öz gündəlik həyatını davam etdirir”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya parlamentinin xarici əlaqələr şöbəsinin rəhbəri Əmmar Əsəd qondarma “İŞİD” adlı terrorçu təşkilatının lideri Əbu Bəkr Bağdadinin sağ olduğunu bildirib.

Əmmar Əsəd, "ABŞ-ın bölgədəki bütün siyasətləri puça çıxdı və məğlubiyyətə düçar oldu. İndi yeni hiylələrin və planların arxasındadır", - deyə qeyd edib.

O, həmçinin qeyd edib ki, ABŞ bölgədə terrorizmə dəstək verir və maliyyə yardımı ayırır.

Suriya parlamentinin xarici əlaqələr şöbəsinin rəhbəri deyib: "Buna görə də terrorçuların liderlərini Həsakadan başqa bölgəyə qaçırdılar. Xabur şəhərinin şərqində İŞİD terrorçuları ABŞ-ın dəstəyi ilə Suriya ordusu ilə döyüşə hazırlanır. Xabur şəhəri ABŞ-ın nəzarətindədir. Əbubəkr əl-Bağdadi də bu ərazidədir və ABŞ-ın himayəsi ilə öz gündəlik həyatını davam etdirir".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky