Müsahibə

Əsəd Rusiyanın cavabını verdi: Biz İranın Suriyada olmasından utanmırıq. Əksi olsaydı, onları dəvət etməzdIk

Bəşşar Əsəd: "ABŞ, Fransa, Türkiyə və İsrail əsgərləri işğalçı qüvvələrdir"

Əsəd Rusiyanın cavabını verdi: Biz İranın Suriyada olmasından utanmırıq. Əksi olsaydı, onları dəvət etməzdIk

Bəşşar Əsəd: "... Dəfələrlə Səudiyyə Ərəbistanı təklif edib ki, İranı ölkənizdən çıxardın, hər şeyi həll edək. Amma bu bizim üçün bazarlıq mövzusu deyil. Biz siyasi prosesə bir şans vermişik. Əgər bu müvəffəqiyyətsiz olarsa, ölkəmizi gücümüzlə azad edəcəyik. Terrorçulara qarşı mübarizə aparırıq və bu terrorçular Böyük Britaniya hökuməti, Fransa, ABŞ, və Avropa ölkələri tərəfindən dəstəklənir. Qərbdə Suriyaya olan yanaşma budur ki, hökuməti dəyişdirməliyik, çünki onlar artıq siyasətimizə uyğun gəlmirlər"

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya prezidenti Bəşşar Əsəd ölkəsindəki İİR hərbi qüvvələrinin deyil ABŞ, Fransa, Türkiyə və İsrail əsgərlərinin işğalçı qüvvələr olduğunu söyləyib.

"Al-Alam" telekanlına müsahibə verən Bəşşar Əsəd Livanın müqavimət hərəkatı "Hizbullah"ın Suriyadakı varlığına toxunaraq qeyd edib ki, müharibə çox uzun olacaq.

"Buna görə də hərbi qüvvələrə ehtiyacımız da uzun müddət davam edəcək", - deyə Bəşər Əsəd söyləyib.

Suriya prezidenti Golan yüksəkliklərinin İsrail rejiminin işğalı altında olduğunu da sözlərinə əlavə edərək, bu ərazilərin də müttəfiq İran və Rusiya qüvvələrinin köməkliyi ilə azad ediləcəyini diqqətə çatdırıb.

İranın Suriyada hərbi fəaliyyəti barədə verilən suala cavab verən Bəşər Əsəd, "Biz İranın Suriyada olmasından utanmırıq və gizlətmirik. Əksi olsaydı, onları dəvət etməzdIk. Dəfələrlə Səudiyyə Ərəbistanı təklif edib ki, İranı ölkənizdən çıxardın, hər şeyi həll edək. Amma bu bizim üçün bazarlıq mövzusu deyil. Biz siyasi prosesə bir şans vermişik. Əgər bu müvəffəqiyyətsiz olarsa, ölkəmizi gücümüzlə azad edəcəyik. Terrorçulara qarşı mübarizə aparırıq və bu terrorçular Böyük Britaniya hökuməti, Fransa, ABŞ, və Avropa ölkələri tərəfindən dəstəklənir. Qərbdə Suriyaya olan yanaşma budur ki, hökuməti dəyişdirməliyik, çünki onlar artıq siyasətimizə uyğun gəlmirlər", - deyə qeyd edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky