Sual və Cavab

İslam Peyğəmbəri (s) İmam Hüseynə (ə) matəm saxlayaraq, ağlayıbmı?

İmam Hüseynin (ə) şəhid olması haqda hələ Peyğəmbərdən (s) 300 il öncə xəbər verilmişdir.

  • News Code : 866872
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Əhli Sünnə qaynaqlarında İmam Hüseynlə (əleyhi səlam) bağlı hədis və xəbərlər çoxdur. Belə ki, O cənab haqda anadan olmamışdan öncə hətta İslam Peyğəmbərinin zamanından qabaqkı zamanlarda belə keçmiş peyğəmbərlər tərəfindən verilən xəbərlər mövcuddur.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi:

Sual:

Əssəlamu əleykum. Hörmətli redaksiya üzvləri belə bir sualla rastlaşmışıq ki, görəsən Böyük İslam Peyğəmbəri həzrət Muhəmməd Mustəfa (səlləllahu əleyhi və alih) İmam Hüseynə (əleyhi səlam) matəm saxlayıbmı? Və onun şəhadətə yetəcəyi üçün ağlayaraq gözyaşları tökübmü?

Xahiş edirik sualımıza cavab verdikdə Əhli Sünnə qardaşların mənbələrinə istinad edin ki, bəzi qeyri-Şiələri qane etdirə bilək.

Cavab:

Bismillahir Rəhmanir Rəhim

Və əleykum səlam və rəhmətullahi və bərəkatuh. Əhli Sünnə qaynaqlarında İmam Hüseynlə (əleyhi səlam) bağlı hədis və xəbərlər çoxdur. Belə ki, O cənab haqda anadan olmamışdan öncə hətta İslam Peyğəmbərinin zamanından qabaqkı zamanlarda belə keçmiş peyğəmbərlər tərəfindən verilən xəbərlər mövcuddur.

Qeyd etdiyimiz hədisləri qısaca olaraq burda zikr edirik:

İmam Hüseynin (ə) şəhid olması haqda hələ Peyğəmbərdən (s) 300 il öncə xəbər verilmişdir.

Muhəmməd ibn Həzrəmi belə nəql edir: Roma (Bizans) iperatorluğu ilə müharibə edirdik, onların kilsələrindən birinə daxil olduq, orada bir daş parçası var idi, üzərində belə yazılmışdır: “Hüseyni qətlə yetirən ümmət, qiyamət günü Onun Babasının şəfaətindən bəhrələnməyəmi ümüd bəsləyir?”

(əl Mocəm əl Kəbir əl Təbrani, cild. 3, səh. 124)

Qeyd olunan hədisə oxşar hədislər aşağıdakı qaynaqlarda da gəlib: Təhzibul Kəmal cild. 6, səh. 442. Bəğyətul Tələb fi tarixi Hələb cild. 6, səh. 2653. Subhul Ə`şi fi Sənaətil inşə cild. 13, səh. 234. əl Xəsaisul Kubra Suyuti cild. 1, səh. 63 və s.

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) İmam Hüseynin şəhadətinə matəm saxlayaraq ağlaması

Ənəs rəvayət edir ki, Ərəbistanın Nəcran məntəqəsindən olan bir şəxs yeri qazarkən üzərində belə bir yazı yazılmış “Hüseyni qətlə yetirən ümmət, qiyamət günü Onun Babasının şəfaətindən bəhrələnməyəmi ümüd bəsləyir? İbrahim Xəlilullah” qızıldan bir lövhə tapır.

Bu lövhəni həzrəti rəsulullahın hüzuruna gətirdilər, Peyğəmbər onu oxudu və ağladı. Sonra buyurud: “Hər kəs mənə və ailəmə əziyyət edərsə (qiyamət günü) şəfaətim ona yetməyəcək.”

(Tənzihul Şəriə Əli ibn Muhəmməd ibn Əli ibn İraqil Kənani cild 1. Səh. 409)

 

İndi isə, Əhli Sünnət arasında qatı-sünniliyi ilə seçilən alim Zəhəbinin Tarixul İslam Zəhəbi kitabının 5-ci cildinin 102-ci səhifəsində bu haqda yazdığı hədisin mühüm hissələrini tərcümə edirik:

- Əhməd ibni Hənbəl (Hənbəli məzhəbinin İmamıdır) özünün yazdığı Müsnəd kitabında belə deyib: … Əli ilə birgə gedirdi və O həzrətin su qabını özü ilə daşıyırdı. (Siffeynə gedərkən İraqın) Neynəva məntəqəsinə çatdıqda səsləndi: Ey Əba Əbdillah (İmam Hüseynin künyəsidir)! Furat çayının qolu kənarında səbr et.

Sual etdim: Nə demək istəyirsiniz? Cavab Verdi: Allahın Elçisinin hüzuruna getmişdim, Onu ağlar və göz yaşları tökən gördüm. Mənə belə buyurdu: “Cəbrail kənarımda dayanaraq belə dedi: Hüseyn Furat çayının qolu kənarında şəhadətə yetəcək. Aya onun türbətinin qoxusu duymaq istəyirsənmi? Dedim: Bəli. O bir ovuc onun torpağından götürüb mənə verdi, mən özümü saxlaya bilməyib göz yaşlarımı axıtmağa başladım…”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky