Sionist Rejim Xəbərləri

Təl-Əviv qarışdı, Netanyahuya qarşı 20 minlik korrupsiya etirazı

Təl-Əviv qarışdı, Netanyahuya qarşı 20 minlik korrupsiya etirazı

İndi bu şübhələr üzrə polis tərəfindən araşdırma aparılır və araşdırmalar Netanyahuya qarşı ittihamların irəli sürülməsi ilə başa çatsa onda onun istefası məsələsi qaldırılacaq.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahu işgüzar dairələrin nümayəndələrindən bahalı hədiyyələr almaqda və "Yedioth Ahtonoth" adlı ən böyük nəşriyyat evlərindən birinin sahibi ilə sionist İsrail hökümətinin fəaliyyətlərinin yaxşı işıqlandırılması haqda razılığa gəlməyə cəhd etməkdə şübhəli bilinir.

Bu razılığın qarşılığında Netanyahu nəşriyyat evinin əsas rəqibi olan "İsrael ha-Yom" qəzetinin rəqabət imakanları məhdudlaşdıran qanun çıxaracaqdı. Belə ki, "İsrael ha-Yom" qəzeti gündəlik pulsuz qəzetlər nəşr edir.

İndi bu şübhələr üzrə polis tərəfindən araşdırma aparılır və araşdırmalar Netanyahuya qarşı ittihamların irəli sürülməsi ilə başa çatsa onda onun istefası məsələsi qaldırılacaq.

Hazırda Netanyahu iqtidarının müttəfiqləri parlamentə (Knesset) Netanyahunun xeyrinə yönəlmiş qanunlar keçirmək istəyirlər. Bu qanunlardan biri polisə Netanyahuya qarşı apardığı araşdırmaların yekunlarını yayımlamağı qadağan etməyi, ikincisi isə Netanyahunun ümumiyyətlə cinayət təqibindən azad etməyi nəzərdə tutur.

Bu qanunvericilik təşəbbüslərini etiraz etmək üçün şənbə günü Təl-Əviv küçələrinə 20 minədək məskunlaşdırılmış şəxs çıxıb. Onlar hesab edur ki, bu qanunvericilik təşəbbüsləri Netanyahunu korrupsiya araşdırmalarının altından çıxarmağa yönəlib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky