Sionizim Xəbərləri

Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi

Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi

Netanyahu: “Hörmətli cənab prezident, əziz dostum. Azərbaycan Respublikasının prezidenti vəzifəsinə ardıcıl olaraq dördüncü dəfə seçilməyiniz münasibətilə İsrail hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fələstin torpaqlarını işğal etmiş sionist İsrail rejimin baş naziri Benyamin Netanyahu İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“Hörmətli cənab prezident, əziz dostum. Azərbaycan Respublikasının prezidenti vəzifəsinə ardıcıl olaraq dördüncü dəfə seçilməyiniz münasibətilə İsrail hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin.

İsraillə Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək üçün bundan sonra da Sizinlə əlaqələrimizi davam etdirmək niyyətindəyik.

Bu xoş fürsətdən istifadə edərək Sizə münasib olan vaxtda İsrailə səfər etməyiniz barədə təklifimi yenidən ali diqqətinizə çatdırıram.

2016-cı ilin dekabrında Bakıya unudulmaz səfərim zamanı Sizin mənə göstərdiyiniz səmimi münasibətə və qonaqpərvərliyə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Zati-aliləri, Sizi ən qısa zamanda yenidən görməyə ümidvaram”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky