Sionizim Xəbərləri

Mossadın sabiq başçısı: Netanyahu İsraili Xəstə etdi!

Yatom, Netanyahu və onun tərəfdarlarını korrupsiya araşdırmalarına təkid etmişdir.

Mossadın sabiq başçısı: Netanyahu İsraili Xəstə etdi!


İşğalçı İsrail rejiminin quruluşunun 70-ci ildönümündən əvvəl baş nazirlə müxalifəti ilə tanınan Sabiq Mossad başçısı Danny Yatomun bu iradları ölkənin ən çox satılan qəzeti olan Yedioth Ahronot qəzetində dərc edilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, sabiq Mossad şefi işğalçı sionist rejimin baş naziri Binyamin Netanyahunu topa tutdu: "Netanyahu öz maraqlarını milli maraqlardan üstün tutaraq ölkəni ölümcül bir xəstəliyin ağır mərhələsinə gətirdi."

İşğalçı İsrail rejiminin quruluşunun 70-ci ildönümündən əvvəl baş nazirlə müxalifəti ilə tanınan Sabiq Mossad başçısı Danny Yatomun bu iradları ölkənin ən çox satılan qəzeti olan Yedioth Ahronot qəzetində dərc edilib.

Belə ki, hələ 1990-cı illərin sonunda Netanyahunun ilk dövründə, sabiq Mossad başçısı Danny Yatom, baş nazirin 'getməlidir' dediyini ifadə etmişdir. Yatom, Netanyahu və onun tərəfdarlarını 'şəxsi maraqlarını milli maraqların qarşısında qoymaq' ilə günahlandıraraq korrupsiya araşdırmalarına təkid etmişdir.

Yatom, işğal altındakı torpaqlardan geri çəkilmə ehtimalını rədd edən Netanyahu hökumətini iki dövlətli həlldən uzaqlaşmaq və fələstinlilərlə iki millətli, tək bir dövlətə doğru addım atmaqda günahlandırdı.

Həmçinin 1968-74 arasında Mossada başçılığı edən Zvi Zamir də B. Netanyaho barəsində sərt açıqlama verib.

O deyib: "Burada uşaqlarımız, nəvələrimiz və onların nəvələri yaşayır. Onların sağlam bir ölkədə yaşamasını istəyirəm. Lakin bu ölkə xəstədir... Biz kritik bir vəziyyətdəyik. Netanyahu hakimiyyətə gəldikdə, ölkəni ölümcül bir xəstəliyin ağır mərhələsinə gətirdi. "

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky