Sionizim Xəbərləri

İsrail qorxdu: İranla müharibə etmək istəmirik!

İsrail qorxdu: İranla müharibə etmək istəmirik!

Aviqdor Liberman “Kommersant” qəzetinə müsahibəsində: “Mən hər hansı zərbədən danışmaq istəmirəm. Heç bir zərbədən söhbət gedə bilməz.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İsrail iranlıları düşmən hesab etmir, yüz illərlə hər iki xalq dostluq şəraitində yaşayıb.

Bu sözləri İsrailin müdafiə naziri Aviqdor Liberman “Kommersant” qəzetinə müsahibəsində deyib.

“Bizim problemimiz İranla deyil, Ayətullah rejimi ilədir”, - nazir deyib və əlavə edib ki, İsrail İrana zərbə endirməyə hazırlaşmır.

“Mən hər hansı zərbədən danışmaq istəmirəm. Heç bir zərbədən söhbət gedə bilməz”, - siyasətçi bildirib.

Xatırladaq ki, Aprel ayının 20-də Aviqdor Liberman ölkəsinin 5 "əsas düşmənini" açıqlamışdır.

Libermanın sözlərinə görə, həmin düşmənlər İran İslam Respublikası, Livanın "Hizbullah" hərəkatı, Şiə qruplaşmaları, həmçini Suriya və Livan ordularıdır.

"Biz yeni reallıqla üz-üzəyik: "Hizbullah" və onunla əməkdaşlıq edən Livan ordusu, Suriya ordusu, Şiə qruplaşmaları və hamısından öncə İran İslam Respublikası İsrail Dövlətinə qarşı vahid cəhbə halını alırlar." - deyə o qeyd etmişdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky