Sionizim Xəbərləri

İİR ilə müharibədən bərk təşvişə düşmüş İsrail Azərbaycan variantına əl atır

İİR ilə müharibədən bərk təşvişə düşmüş İsrail Azərbaycan variantına əl atır

Ehud Barak: "...Biz hər iki tərəfə fayda kəsb edən müdafiə və təhlükəsizlik kimi sahələrdə qarşılıqlı fəaliyyəti və əməkdaşlığı inkişaf etdiririk..."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 1979-cu ildə İmam Xomeyni həzrətlərinin başçılığı ilə İranda zəfər çalmış İslam İnqilabının qarşısına qoyduğu əsas prioritetlərdən biri də, 1948-ci ildə Fələstin torpaqlarını işğal edərək qondarma İsrail rejimin yaratmış sionist yəhudi ölkəsini yer üzündən silməkdir...

Bu istiqamətdə dinamik şəkildə inkişaf edən İran İslam Respublikası qondarma yəhudi rejiminin yer üzərindən silinmə tarixini də, nisbi şəkildə açıqlamışdır. Belə ki, 09 Sentiyabr 2015 tarixdə ictimaiyyət nümayəndələri ilə birgə keçirilən görüşdə Ümümdünya Müsəlmanlarının Ali Lideri Seyyid Əli Xamenei cənabları İsrail rejiminin İran ilə altılıq arasında imzalanmış nüvə razılaşması barədə iradlarına toxunaraq belə bildiriblər: “Birincisi, Allahın köməyi ilə siz yaxın 25 ili görməyəcəksiniz. Çünki, yaxın 25 il ərzində artıq sionist rejim mövcud olmayacaq. İkincisi, bu müddət ərzində mübarizə və müqavimət ruhiyyəsi bir an belə sionist rejimi rahat qoymayacaq".

Belə bir açıq mesajın ardınca Tehran, Məşhəd və s iri şəhərlərin xiyabanlarında sionist rejimin məhv olacağı günün saat və saniyələrini sayan dicital tablo sayğaclar da qoyulubdur...

Bu məsələdən bərk təşvişə düşmüş yəhudi icması isə, İsrail rejiminin bir gün artıq belə yaşaması üçün əlindən gələn təlaş və zəhmətləri əsirgəmirlər...

Müxtəlif ərəb ölkələri ilə, əlaqələrini qoruyub saxlamağa can atan İsrail üçün Azərbaycan hakimiyyəti tam başqa məna kəsb edir...

"İsrail üçün açıq müsəlman ölkəsi olan və dinamik inkişaf edən Azərbaycan ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır."

Bu sözləri stmegi.com saytına müsahibəsində qondarma İsrail rejimin sabiq baş naziri və daxili işlər naziri Ehud Barak deyib.

“... Biz hər iki tərəfə fayda kəsb edən müdafiə və təhlükəsizlik kimi sahələrdə qarşılıqlı fəaliyyəti və əməkdaşlığı inkişaf etdiririk. Bir çox digər sahələrdə mühüm addımlar atmışıq”, - Barak bildirib.

O qeyd edib ki, İsrail ümumilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfi ilə aparılan açıq dialoqları yüksək qiymətləndirir:

“Mən baş nazir olduğum dövrdə onu şəxsən tanıdığıma və onunla beynəlxalq məsələlərdə birlikdə işlədiyimə görə qürur duyuram. Əlbəttə, biz prezident İlham Əliyevlə işləməkdən xoşbəxtik”, - Barak əlavə edib.

Xatırladaq ki, sionist rejimə məxsus dronlar dəfələrlə Azərbaycan Respublikası əraziləri səmtindən İran İslam Respublikasının hava sahəsini pozaraq kəşfiyyat əməliyyatları aparmağa cəhd ediblər. Belə bir addımlar Naxçıvan, Astara və Lənkəran ərazilərində yerləşən gizli hərbi bazalarda qeydə alınıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky