Afrika Xəbərləri

Cühüd casusu yaxalandı, Libiyada məscid imamı israil rejimin casusu çıxdı – Foto

Məscid imamının əslində israil vətəndaşı olduğu və əsl adı isə Benyamin Əfraim oldğu müəyyən edilib.

  • News Code : 850833
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Yəhudi casusu Benyamin Əfram, işğalçı israil rejiminin xarici dövlətlərdə terror əməliyyatları törədən Mossad təşkilatının ərəb və İslam ölkələri əleyhinə casusluq şəbəkəsinin üzvü olmuş və orada təlimatlanaraq Libiyaya göndərilmişdir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Libiya rəsmiləri Benqazidə yerləşən bir Məscidin Əbu Həfs adlı İmam camatının həbs edilməsi haqda məlumat veriblər.

Libiyalı rəsmilər bildiriblər ki, araşdırma apardıqdan sonra Məscid imamının əslində israil vətəndaşı olduğu və əsl adı isə Benyamin Əfraim oldğu müəyyən edilib.

Məlumata görə, Benyamin Əfram işğalçı israil rejiminin xarici dövlətlərdə terror əməliyyatları törədən Mossad təşkilatının ərəb və İslam ölkələri əleyhinə casusluq şəbəkəsinin üzvü olmuş və orada təlimatlanaraq Libiyaya göndərilmişdir.

Cühüd casusu Benyamin ilk öncə İŞİD terror təşkilatına daxil olur və İŞİD əli ilə Libiyaya gələrək Benqazidə müvəffəqiyyətlə Əbu Həfsə Məscidinin İmamı təyin edilir. Daha sonra o burada 200 terrorçunun idarəçi heyətinin məsuliyyətini öhdəsinə götürür.

İspaniyanın El Pais qazeti bu haqda yazaraq vurğulayıb: “Təcüblənditici məqam odur ki, Əbu Həfs sürətlə öz işində irəli gedərək adi bir ünsürdən aparıcı bir ünsürə çevrilib. Və sonra da, özü ayrıca 200 nəfərdən ibarət terror qruplaşması yaradaraq onları idarə edib. O və terrorçu ünsürləri dəfələrlə Misir torpaqların nüfuz edərək orada vəhşiliklər törədiblər. Deyilənlərə görə, Əbu Həfsin qruplaşması Libiyadakı İŞİD-çilər sırasında ən qəddar və cinayətkar qruplaşma olub.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky