Qanunsuz sionist rejim xəbərləri

Benyamin Netanyaho və arvadı Seranın səs qeydləri polisə təslim ediləcək

Netanyahunun daha bir sirdaşı polislə anlaşdı.

Benyamin Netanyaho və arvadı Seranın səs qeydləri polisə təslim ediləcək

"4000 işi" adlandırılan istintaq işinin çərçivəsində saxlanılaraq nəzarətə alınan açar isimlərdən olan baş nazirin keçmiş mətbuat müşaviri Nir Hefetz polislə anlaşıb. O, prokurorluğun şahidi olaraq Benyamin-Sera Netanyahuların səs qeydlərini təslim etməyi qəbul edib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Korrupsiya araşdırmalarının məngənəsində olan sionist İsrail baş nazirinin əleyhinə şahidlik edəcək keçmiş etibarlı şəxslərinin sayı üçə çıxıb. Netanyahunun keçmiş mətbuat müşaviri Nir Hefetz, prokurorluğun şahidi olub Benyamin-Sera Netanyahuların cütlüyünün səs yazılarının təslim etməyi qəbul edib.

Fələstin torpaqlarının işğalı üzərində qurulmuş sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahunun barəsindəki korrupsiya araşdırmaları geri dönüşü olmayan nöqtəyə irəliləyir.

İsrailin telekommunikasiya nəhəngi olan "Bezeq" şirkətinə on milyonlarla dollarlıq imtiyazların təmin edilməsi qarşılığında şirkətin media qolu olan "Walla" xəbər saytında davamlı olaraq Benyamin və onun həyat yoldaşı Sera Netanyahuların xeyrinə xəbər verməsi ittihamları ilə bağlı açılan istintaqda dramatik bir hadisə baş verib.

"4000 işi" adlandırılan istintaq işinin çərçivəsində saxlanılaraq nəzarətə alınan açar isimlərdən olan baş nazirin keçmiş mətbuat müşaviri Nir Hefetz polislə anlaşıb. O, prokurorluğun şahidi olaraq Benyamin-Sera Netanyahuların səs qeydlərini təslim etməyi qəbul edib.

İsrailin "Haaretz" qəzetinə görə, Netanyahunun əleyhinə şahidliyin əvəzi olaraq Hefetz mühakimə olunmayacaq, pul və ya həbs cəzasına məhkum olunmayacaq. O, Netanyahularla bağlı digər araşdırmalarla barədə də məlumat verəcək və ifadə verdiyi müddətdə təcrid edilmiş müəssisədə saxlanacaq.

2015-ci ildə 4-cü dəfə baş nazir seçilən Netanyahunun haqqında 2016-2018-ci illər arasında açılan korrupsiya araşdırmalarının adları belədir: 1000 işi, 1270 işi, 2000 işi, 3000 işi, 4000 işi.

"4000 işi"nə görə Netanyahular cütlüyü ilə Bezeq şirkətinin arasındakı əlaqəni təmin edən, rüşvət alan və ədalətin təzahürünü əngəlləyən Hefetz, 1270 və 2000 işlərinin də şahidlərindəndir.

"In the service of Benjamin and Sara Netanyahu, whose obsession with the media turned pathological long ago, Hefetz was the mover, shaker, planner and executor of their darkest desires" https://t.co/erimmsaqCy

   — Chemi Shalev (@ChemiShalev) 5 марта 2018 г.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky