Buddist Yürüşləri Səngimir

Şri-Lanka buddistləri Müsəlmanlara qarşı vəhşicəsinə hücuma keçdi – Foto

Qeyd edək ki, Şri-Lankada əhalinin 71%-i buddist, 9%-i isə Müsəlmanlardır.

Şri-Lanka buddistləri Müsəlmanlara qarşı vəhşicəsinə hücuma keçdi – Foto

İfratçı və irqçi buddistlər o cümlədən “Budu Bala Sana” irqçi buddistlər sabiq dövlətin hakimiyyəti zamanı, prezident Matipila Racapakesin dövründə güclənməyə başlayaraq qüdrətə çatdılar. Bu radikal qruplaşma 2010-ci ildən 2015-ci ilə kimi Müsəlmanların ticarət mərkəzlərinə hücum edərək qarət etməyə başlamışlar. Alutqama və Buruvala şəhərlərində isə, buddist yürüşləri zamanı 2014-cü ildə 4 Müsəlman həlakətə yetirilmiş və 100-dən artıq Müsəlman isə ağır dərəcəli bədən və ruhi xəsarətlər alaraq yaralanmışdır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün, 20 Noyabr, 2017 tarixdə Şri-Lanka buddistləri ökənin cənubunda yerləşən Gil şəhərində yaşayan Müsəlman toplumuna qarşı hücuma keçərək, vəhşiliklər törətməyə başlayıblar. Hadisədən sonra, Şri-Lanka ordusu şəhərdə kamendant saatı tətbiq edərək, şəhərdə get-gəl etməyi məhdudlaşdırıb.

Şri-Lanka olisinin bildirdiyinə görə, hadisənin əsas səbəbi ötən gün şəhərin Gintuta məntəqəsində baş verib. Belə ki, sinehalə buddistləri Müsəlmanlara əlbəyaxa olublar. Daha sonra bu hadisə sürətlə yayılaraq şəhərin digər məntəqələrinə də sirayət edib.

Sinehalə buddistləri Müsəlmanların ev və yaşayış mənzillərinə, mağaza və s. obyektlərinə hücum çəkərək 60 yaşayış mənzilə od vurub yandırıblar.

Şri-Lanka polisinin spikeri isə, məsələyə aydınlıq gətirərək deyib: “Çox kiçik bir radikal qruplaşma törətdikləri hadisənin video və fotolarını çəkib sosial şəbəkələrdə paylaşaraq, Müsəlmanlar ilə buddistlər arasında yaşanan süni konflikti şişirdib buddistlərlə Müsəlmanlar arasında düşmənçilikin olduğunu göstərmək istəyirlər. Hələlik hər iki tərəfdən 19 nəfər şayeə yayan ünsürlər yaxalanıb.”

Şri-Lanka nazirlərindən biri olan Saqala Rante isə, belə deyib: “Bri qrup siyasi insanlar səy göstərirlər ki, xırda bir küçə savaşını buddistlərlə Müsəlmanlar arasında baş verən böyük bir ixtilaf kimi göstərsinlər.”

Qeyd edək ki, Şri-Lankada əhalinin 71%-i buddist, 9%-i isə Müsəlmanlardır. İfratçı və irqçi buddistlər o cümlədən “Budu Bala Sana” irqçi buddistlər sabiq dövlətin hakimiyyəti zamanı, prezident Matipila Racapakesin dövründə güclənməyə başlayaraq qüdrətə çatdılar. Bu radikal qruplaşma 2010-ci ildən 2015-ci ilə kimi Müsəlmanların ticarət mərkəzlərinə hücum edərək qarət etməyə başlamışlar. Alutqama və Buruvala şəhərlərində isə, buddist yürüşləri zamanı 2014-cü ildə 4 Müsəlman həlakətə yetirilmiş və 100-dən artıq Müsəlman isə ağır dərəcəli bədən və ruhi xəsarətlər alaraq yaralanmışdır. Bu hadisədən sonra prezident Matipila Racapakesi irqçilərə və radukal buddistlərə dəstək verməkdə, hətta onları bu kimi cinayət motivlərinə təşviq etməkdə ittiham olunmuşdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky