Qüds Xəbərləri

Qüdslə bağlı İİR parlamenti İslam ölkələrində matəm elan edilməsini istədi

  • News Code : 871456
  • Source : Deyerler İRNA-ya istinadən
Brief

Siyasi gələcəyindən narahat olan Tramp prezidentlik kürsüsündə qalmaq üçün məzlum Fələstin xalqını sionistlərə və işğalçılara satdı.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Şurası-parlamenti ABŞ prezidenti Trampın müqəddəs Qüds şəhərini qondarma sionist rejiminin paytaxtı kimi tanınmasının Fələstin tarixində daha bir qara gün kimi yazıldığını bildirib.

İran İslam Şurası nümaəndələrinin yaydıqları bəyanatda belə qeyd olunub: “Böyük şeytan BMT qərarlarına, beynəlxalq ənənələr, öz öhdəlikləri və insan haqlarına zidd bir qərarla dünyaya heç bir prinsipə sadiq olmadığını sübut etməklə kifayətlənməyib, dünya və bölgənin vəziyyətini başa düşmədiyini də sübut etdi.

Siyasi gələcəyindən narahat olan Tramp prezidentlik kürsüsündə qalmaq üçün məzlum Fələstin xalqını sionistlərə və işğalçılara satdı. Amerika rəhbərliyi bu xəbis və anlaşılmaz hərəkəti ilə müzakirə ümidi və iki dövlət həlli üzrə ümidi olanların ümidlərini sildi.

Sionist rejim ABŞ-ın bu axmaqcasına hərəkəti ilə Qüdsün vəziyyətində dəyişikliyin olmayacağını bilir. Əksinə bu vəziyyət Fələstin milləti və dünyadakı azadlıq tərəfdarları arasındakı birlik və bərabərliyi gücləndirəcək və Fələstinin azad edilməsi üçün səyləri daha da artıracaq".

İran parlamenti hürriyyət tərəfdarı olan bütün millətlərə, ərəb və İslam ölkələrinin parlamentlərinə bütün imkanlarını istifadə edib, ABŞ-ın bu addımını qınamalarını və Fələstinin qanuni hüquqlarını əldə etməsi üçün səy etmələrini istəyib. Bəyanatda, həmçinin İslam ölkələrində bir gün matəm elan edilərək, bayraqların yarıya enməsini təklif edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky