İran İslam Respublikası

Həsən Ruhani: Myanmar hökuməti və ordusuna təzyiqlər artırılmalıdır

"İslam dünyası Myanmarda baş verən cinayətlərin qarşısında səssiz dura bilməz"

  • News Code : 853297
  • Source : İİR Küütləvi İnformasiya Xidmətləri
Brief

Həsən Ruhani: "Bu gün Myanmada böyük insani faciə, dini və irqi təmizləmə həyata keçirilir. Yüzlərlə müsəlman öz evlərindən didərgin düşüb...”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin rəhbərlərinin Qazaxıstanda keçiriləcək toplantısında iştirak etmək üçün bu ölkəyə səfər edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani cənabları səfərdən öncə jurnalistlərə açıqlamasında bildirib ki, Astanada keçiriləcək iclas çərçivəsində İƏT-ə üzv ölkələrin rəhbərlərinin Myanmardakı vəziyyəti müzakirə etmək üçün görüşü baş tutacaq: "Bu gün Myanmada böyük insani faciə, dini və irqi təmizləmə həyata keçirilir. Yüzlərlə müsəlman öz evlərindən didərgin düşüb. İslam dünyası bu cinayətlərin qarşısında səssiz dura bilməz".

H.Ruhani Myanmarda baş verən cinayətlərə görə beynəlxalq qurumların sükutunu tənqid edib: "Myanmar hökuməti və ordusuna təzyiqlər artırılmalıdır. Beynəlxalq təşkilatlar daha aktiv olmalıdırlar. Bu ölkənin qonşuları, o cümlədən Çin və Banqladeş qaçqınlara yardım məsələsində əməkdaşlıq etməlidir".

H.Ruhani deyib ki, Astanada keçiriləcək iclasda İƏT ölkələri rəhbərləri əsasən elm və texnologiyalar mövzusunda müzakirələr aparacaqlar: "Yoxsulluq, işsizlik, ərzaq çatışmazlığı, ekologiya, su və energetika problemlərini elm və texnologiyaların sayəsində həll etmək mümkündür”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky