Asiya Xəbərləri

Ekstrimist buddistlər arakan Müsəlmanlarına qarşı mitinq etdilər – Foto

Mitinq təşkilatçısı Viratu adlı ən ekstrimist monaxın olduğu qeyd edilir. O, mitinqdə çıxış edərək bir daha Ruhinqalı Müsəlmanları Bənqal (banqladeşli) adlandıraraq onların qondarma bir millət olduğunu deyib (!).

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Myanma buddist rejimində Arakan Müsəlmanlarına qarşı növbəti ekstrimist siyasətlərə start verilir. Belə ki, Buda dininin ardıcılları monaxların çağırışı ilə meydanlara çıxaraq Myanma hərbiçilərinin Ruhinqalı Müsəlmanlara qarşı etdiyi vəhşiliklər və soyqırım aktların dəstək veriblər.

Mitinq təşkilatçısı Viratu adlı ən ekstrimist monaxın olduğu qeyd edilir. O, mitinqdə çıxış edərək bir daha Ruhinqalı Müsəlmanları Bənqal (banqladeşli) adlandıraraq onların qondarma bir millət olduğunu deyib (!).

İslam dinini də həqarətlə yad edən ekstrimist monax həmçinin çıxışlarında Myanma xalqının millətçi duyğularını gücləndirib, onların digər xalqlar və dinlərə qarşı xüsusilə də Ruhinqalı Müsəlmanlara qarşı nifrət hissini artırmağa çalışmışdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky