Asiya Xəbərləri

Buddist Myanma rejimi Ruhinqa Müsəlmanlarının evlərini yandırmaqda davam edir

Myanma buddist rejimi Ruhinqaların qaytarılma anlaşmasını imzalayanda onlarla evi yandırmağa davam edirdi.

Buddist Myanma rejimi Ruhinqa Müsəlmanlarının evlərini yandırmaqda davam edir

Human Rights Watch: “Oktyabr və noyabr aylarında Rakhaynda məhv edilmiş yaşayış məskənlərinin sayı 40 -dır. Onlardan 24-ü oktyabrda, 11-i noyabrda, 5-i isə hər iki ay ətszində yandırılıb.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Myanmanın qərbində Rakhayn ştatında Ruhinqa Müsəlman xalqının yaşayış məskənlərinin yeni məhv edilməsi halları qeydə alınıb.

Məlumata görə, bu barədə bazar ertəsi Human Rights Watch (HRW) hüquq müdafiə təşkilatı xəbər verib.

Təşkilatın məlumatına görə, oktyabr və noyabr aylarında Rakhaynda məhv edilmiş yaşayış məskənlərinin sayı 40 -dır. Onlardan 24-ü oktyabrda, 11-i noyabrda, 5-i isə hər iki ay ətszində yandırılıb. Bununla bölgədə 25 avqustdan baş qaldırmış zorakılığın yayılmasından sonra qismən və ya tamamilə dağılmış yaşayış məntəqələrinin ümumi sayı 354-ə çatıb. Bu nəticələr şəkilmiş peyk şəkillərinin tədqiq edilməsi əsasında əldə edilib.

Təşkilatın rəsmi saytında yayımlanmış müraciətdə qeyd edilir ki, Myanma ilə Banqladeş hökümətlərini rohinca qaçqınlarının iki ay müddətində geri qaytarılması prosesinin başlaması haqda qarşılıqlı anlaşma memorandumunu imzaladıqları elə həmin həftədə Myanma höküməti tərəfindən onlarla yaşayış məskənlərinin yandırılırdı və peyk şəkilləri bu faktı təsdiq edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky