Ümümdünya Əhli Beyt Assambleyası Bəyanat Verdi:

Ümümdünya Əhli Beyt Assambleyası: Şeyx İsa Qasimin 1 il həbsə məhkum edilməsi və vətəndaşlıqdan çıxarılması yolverilməzdir!

Ümümdünya Əhli Beyt Assambleyası: Şeyx İsa Qasimin 1 il həbsə məhkum edilməsi və vətəndaşlıqdan çıxarılması yolverilməzdir!

“Ali Xəlifə rejimi qurama məhkəmə nümayiş prosesi zamanı heç bir hüquqi, məntiqi əsaslar olmadan Şeyx İsa Qasimin vətəndaşlıqdan məhrum edilməsi hpkmə imza atmışdır. Halbuki, Xəlifə sülaləsi təcavüzkar ünvanında Ərəbistan yarmadasının Nəcd vilayətindən odlu silahlarla Bəhreynə hücum çəkmişdir. Onlar bu ölkəni işğal edərək hakimiyyəti qəsb etmiş və qüdrət başına keçdikdən sonra xəbis İngilis istismarının köləsinə çevrilmişdir.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynə qeyriqanuni yollarla hakim kəsilmiş Xəlifə sülaləsinin Apelyasiya Məhkəməsi tərəfindən İslam Hərəkatı Lideri Ayətullah Şeyx İsa Qasimin vətəndaşlıqdan məhrum edilməsi və bir il müddətinə azadlıqdan məhrum olunması, habelə siyasi məhbus Mahir əl Xəbbaza kəsilən edam hökmünün qüvvədə saxlanılması Ümümdünya Əhli Beyt Assambleyası tərəfindən verilən bəyanatda qeyriqanuni adlandırılaraq kəskin sürətdə məhkum edilib.

Bəyanatda deyilir:

“Ali Xəlifə rejimi qurama məhkəmə nümayiş prosesi zamanı heç bir hüquqi, məntiqi əsaslar olmadan Şeyx İsa Qasimin vətəndaşlıqdan məhrum edilməsi hpkmə imza atmışdır. Halbuki, Xəlifə sülaləsi təcavüzkar ünvanında Ərəbistan yarmadasının Nəcd vilayətindən odlu silahlarla Bəhreynə hücum çəkmişdir. Onlar bu ölkəni işğal edərək hakimiyyəti qəsb etmiş və qüdrət başına keçdikdən sonra xəbis İngilis istismarının köləsinə çevrilmişdir.”

Bəyanatın bir hissəsində belə deyilib: “Təsüflər olsun ki, İnsan Haqqları təşkilatı, Demokratiya və Azadlıq iddiaçıları olan ölkələrin əksər qismi ağızlarına sükut möhrü vurublar. İnsan Haqqları və Beynəlxalq Təşkilatlardan tələb edirik ki, bu zülümkarcasına atılmış addıma qarşı münasib cavab versinlər.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky