Yaxın Şərq Xəbərləri

Rəsmi açıqlama: Tələfar şəhəri azad olundu, İmam Hüseynin Bayrağı şəhərin mərkəzində sancıldı – Video

Kapitanı Əbdüllah Əmir Yarəllah: “Həşdu Şəbi və İraq Silahlı Qüvvələri Tələfar şəhəri yaxınlığındakı Əl Əskəri və əl Sənaətul Şimaliyyə məhəllələrini, Muariz məntəqəsini, eyni zamanda şəhərin şimal şərq istiqamətində yerləşən əl Rəhmə kəndini azad ediblər. Bununla da, Tələfar şəhərinin bütün 29 məhəlləsi azad edillib. İŞİD yaraqlıları isə Tələfar yaxınlığındakı Əl İyaziyyə şəhərinə və şəhərin ətrafındakı kəndlərə sıxışıblar.”


Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 17 Avqust 2017 il tarixində İraq Müdafiə Nazirliyi Tələfar şəhərinin azad edilməsi haqda rəsmi açıqlama verib. Bəyanat bildirilib ki, İraq Silahlı Birləşmələri (İraq Ordusu, İraq təhlükəsizlik Qüvvələri, Həşdu Şəbi Könüllü Dəstələri) Tələfar şəhərinin bütün nöqtələrində yerləşdirilliblər. Silahlı Qüvvələrin bir qismi isə, Tələfar şəhəri yaxınlığında yerləşən Əl İyaziyyə şəhərinə yollanaraq oranı İŞİD terror qruplaşmasının nəzarətindən azad etmək istəyirlər.

“Tələfar Biz Gəlirik” adı ilə başlanan əməliyyatın kapitanı Əbdüllah Əmir Yarəllah bildirib: “Ordu Birləşmələri olan Həşdu Şəbi və İraq Silahlı Qüvvələri Tələfar şəhəri yaxınlığındakı Əl Əskəri və əl Sənaətul Şimaliyyə məhəllələrini, Muariz məntəqəsini, eyni zamanda şəhərin şimal şərq istiqamətində yerləşən əl Rəhmə kəndini azad ediblər. Bununla da, Tələfar şəhərinin bütün 29 məhəlləsi azad edillib. İŞİD yaraqlıları isə Tələfar yaxınlığındakı Əl İyaziyyə şəhərinə və şəhərin ətrafındakı kəndlərə sıxışıblar. Bu səbəbdən də İraq Silahlı Birləşmələrinin bir qismi Əl İyaziyyə şəhərini azad etmək məqsədi ilə oraya göndəriliblər.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky