Araşdırma

Politoloq: “Səudiyyə 110 milyardlıq silah alsa da, güc yenə İran tərəfdədir”

Rövşən Novruzoğlu: “Tramp Səudiyyə Ərəbistanına “xərac” almaq üçün səfər etdi”.

Politoloq: “Səudiyyə 110 milyardlıq silah alsa da, güc yenə İran tərəfdədir”

Politoloq Rövşən Novruzoğlu: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın zəif siyasətinin nəticəsidir ki, ABŞ və Səudiyyə bu cür addımlar atır...”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri dünyanın, xüsusilə də İslam ölkələrinin diqqət mərkəzində oldu. Səfərin artıq başa çatmasına baxmayaraq, dünya ABŞ və Səudiyyə arasında bağlanan 110 milyard dollarlıq silah və hərbi texnika satışı müqaviləsindən danışır. İmperialist qüvvələr bu sövdələşməyə ticari don geyindirməyə çalışsalar da, bir sıra müsəlman ölkələri alınan silahların növbəti qətllərə yol açacağı qənaətindədirlər. Üstəlik səfər çərçivəsində Trampın Səudiyyə kralı ilə birgə İrana qarşı Ərəb “NATO”-su yaratması dünyanın mənzərəsinin heç də yaxşıya doğru dəyişməyəcəyi təəssüratı yaradır.  

Bir sıra yerli və xarici politoloqlar da, ABŞ-Səudiyyə tərəfdaşlığının dünyaya heç bir müsbət töhfə verməyəcəyi haqda proqnozlar səsləndirirlər.

Mövzunu “İslaminsesi”nə şərh edən politoloq Rövşən Novruzoğlu deyir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın zəif siyasətinin nəticəsidir ki, ABŞ və Səudiyyə bu cür addımlar atır: “ Tramp, ABŞ-da fəaliyyət göstərən 20-yə yaxın Səudiyyə təşkilatını bağlamaq istəyirdi. Buna səbəb ABŞ-ın Federal Təhlükəsizlik Xidmətinin həmin təşkilatları terrorçu təşkilatlar kimi tanıması göstərilirdi. Bütün bu məsələlərdən sonra Tramp Səudiyyə Ərəbistanına “xərac” almaq üçün səfər etdi. Lakin digər bir təhlükəli məqam ondan ibarətdir ki, ABŞ gözlənilmədən Bəhreyn və Yəmənə daxil ola bilər. Çünki hər iki dövlət inqilabi əhval –ruhiyyə ilə seçilən, azadlıq mübarizəsi aparan və Səudiyyə rejimi üçün təhlükə yaradan ölkələrdir”.

Rövşən Novruzoğlunun sözlərinə görə, İrana qarşı yaradılan yeni koalisiya və İslam Respublikasına yönəlik saxta ittihamlar Səudiyyənin yeni hiyləsidir. Amma bu hiylə işğalçı rejimə baha başa gələ bilər. Belə ki, İran xalqı Səudiyyə səfirliyini birdəfəlik ölkədən qova və münasibətlərə son qoya bilər. Çünki güc həm Fars körfəzində, həm də digər cəbhələrdə İran tərəfdədir. Üstəlik Səudiyyə Ərəbistanı heç vaxt özünü döyüşlərdə qalib göstərə bilməyib. Çünki ordunun əsas kontingenti muzdlu qüvvələrdən təşkil olunub və onlarda döyüş əhval-ruhiyyəsi demək olar ki yoxdur. Həmçinin İran-Rusiya –Çin üçlüyü qarşısında Səudiyyə və ABŞ öz gücünü itirib və qorxmağa, narahat olmağa başlayıb. Bütün baş verənlər onu göstərir ki, Tramp və Səudiyyə rejimi bu müqavilələri imzalamaqla qalib olduqlarını düşünsələr də, sonda məğlub olduqlarını etiraf etməli olacaqlar”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky