Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Xəbərləri

Dünya Əhli Beyt Assambleyası (ə) Əfqanıstanda Şiələrə qarşı törədilən qətliamı məhkum etdi – Bəyanat

Ümümdünya Əhli Beyt (ə) Assambleyasının bəyanatının tam məntnin saytımızın hörmətli ziyarətçilərinə təqdim edirik.

  • News Code : 847962
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Bəyanatda Ümümdünya Əhli Beyt (ə) Assambleyası İslam məmləkətlətində baş verən bu inanılmaz cinayət hadisələrə və bu cinayətləri törədən təkfirçi ünsürlərə son qoymaqda qüdrəti olan hər bir şəxs və qurumlara səslənərək onlardan bu işdə kömək sitəyib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, beynəlxalq sionist terror şəbəkəsinin ünsürləri olan azğın təkfirçilərin Əfqanıstanın Hərat şəhərində yerləşən Cəvadiyyə Məscidində namaz qılan Şiələrə qarşı törətdikləri terror hadisəsi və eyni zamanda Sərpol şəhərində Şilərin kompakt yaşadıqları Mirzavələng məntəqəsində 60-dan çox körpə və qadınları qətlə yetirib 300-ə yaxın Şiəni oğurlamaqları Ümümdünya Əhli Beyt (ə) Assambleyası tərəfindən verilən bəyanatda kəskin sürətdə məhkum edilib.

Bəyanatda Ümümdünya Əhli Beyt (ə) Assambleyası İslam məmləkətlətində baş verən bu inanılmaz cinayət hadisələrə və bu cinayətləri törədən təkfirçi ünsürlərə son qoymaqda qüdrəti olan hər bir şəxs və qurumlara səslənərək onlardan bu işdə kömək sitəyib.

Ümümdünya Əhli Beyt (ə) Assambleyasının bəyanatının tam məntnin saytımızın hörmətli ziyarətçilərinə təqdim edirik:

 

Bismillahi Qasimil Cəbbar

Cəmi beş gecə ərzində İslam ölkəsi olan Əfqanıstanda iki ürəkağrıdıcı hadisə baş verdi. İnsan və bəşəriyyətin anlından soyuq utanc tərini axıtdı.

İlk öncə Mordad ayının 10-da (1 Avqust 2017 tarixdə) iki silahlı ünsür Əfaqnıstanın Hərat şəhərinin cənubunda yerləşən Şiələrin namaz qıldıqları Cavadiyyə Məscidinə hücum çəkərək namaz qılanları atəşə tutduqdan sonra özlərini Məscidin daxilində partladıblar. Bu terror hadisəsində azı 29 insan Şəhid olmuş və 64 nəfər yaralanmışdır.

Sonra Mordad ayının 13-ü Cümə günü və 14-ü Şənbə günü (4 və 5 Avqust ayında) təkfirçi qruplar Əfqanıstanın Sərpol əyalətində Şiələrin kompakt yaşadıqları Mirzavələng məntəqəsinə ağır hücuma keçərək 60 məzlum Şiəni qanına qəltan etmiş və 47 cavan qızı oğurlamışlar.

Bu iki hadisə Əfqanıstan, Pakistan, İraq, Suriya və s. ölkələrin müxtəlif bölgələrində günahsız mülki vətəndaşlara qarşı törədilən və məzlum insanları hədəfə almış cinayət silsiləsinin davamıdır.

Aydındır ki, cinayətkar dəstələr ilə mübarizə aparmaqda beynəlxalq qurumlara, insan haqqalrı təşkilatlarına heç bir vəchlə ümid bəsləmək olmaz. Çünki onlar öz siyasətlərini və verilən əmrləri terrorçulara imkanat yaradıb onları silah-sürsatlarla təchiz edib günahsız insanların canına düçar edən hegemon qüdrətlərdən alırlar.

Amma bizim sözümüz Əfqanıstanın dövləti, siyasi partiyaları və üləmalarıyladır. Həqiqi və hüquqi şəxsiyyətlər bu şərafətli hədisin müxatəbləridirlər:

و مَا مِن مُؤْمِنٍ یَخْذُلُ أَخَاهُ وَ هُوَ یَقْدِرُ عَلَى نُصْرَتِهِ إِلَّا خَذَلَهُ اللَّهُ فِى الدُّنْیَا وَ الْآخِرَه

Köməkə ehtiyacı olan mömin qardaşına yardım etmək qüdrəti olan şəxs qardaşına kömək etməzsə Allah Təala onu dünya və axirətdə rəzil edər.”

Uzun illər Əfqan xalqının zamanında dünyanın iki hegemon qüdrətlərindən birinə qarşı cihad etməsi, daha sonar Taliban muzdluları ilə gecə-gündüz mübarizə aparması bunu sübuta yetirib ki, əgər bu ölkənin “ruhaniləri”, “xalq nümayəndələri”, “cihad cərəyanları” istəsələr ölkələrinin sabitliyini pozub viran gününə qoyan dinsiz terrorçulara qarşı qələbə qazana bilərlər. Necə ki, İraq ölkəsi Ali Təqlid Mərcəsinin rəhbərliyi altında və cavanların fədakarlığı sayəsində ölkənin yarısını işğal etmiş qaniçən terrorçuları zəlil edərək məhv etdi.

Ümümdünya Əhli Beyt (ə) Assambleyası Hərat və Mirzavələng şəhərlərində Şəhid olanların ailə üzvlərinə və yaxınlarına təsliyyət ərz edərək, İslam ölkələrində terrorizimin kökünü quruda biləcək bütün şəxslərdən gec olmamış bir iş görmələrini israrla tələb edir.

وَسَیَعْلَمُ الَّذِینَ ظَلَمُوا أَیَّ مُنقَلَبٍ یَنقَلِبُون.

Ümümdünya Əhli Beyt (ə) Assambleyası

21, Mordad, 1396 (12 Avqust 2017)

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky