Ümüdünya Əhli Beyt (ə) Assambleyasının Xəbərləri

Dünya Əhli Beyt (ə) Assambleyası Myanmadakı Müsəlmanların soyqırımıla bağlı bəyanat Verdi

Hər iki tərəfi danışıqlara və böhranın beynəlxalq qanunlar və əxlaq normaları çərçivəsində həll etməyə dəvət edirik.

  • News Code : 853119
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

İfratçı müsəlmanlar tərəfindən həyata keçirilən xırda zorakılıq detallarına görə ABŞ və digər hegemon dövlətlərin səsləri dünyanı bürüdüyü bir halda uzun illərdir Myanmada müsəlmanlara qarşı həyata keçirilən soyqırım aktını susqunluqla qarşılayır və səmərəsini itirmiş ikibaşlı cümlələrlə mövqeylərini ortaya qoyurlar.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Dünya Əhli Beyt (ə) Assambleyası Myanmadakı Müsəlmanların soyqırımıla bağlı bəyanat verib.
Bəyanatın tam məntnin diqqətinizə çatdırırıq:

Bismillahir Rəhmanir Rəhim

Hegemonçulara bağlı dünya təşkilatları və qərb dünyasının məhvedici susqunluğu sayəsində Myanmanın Raxin əyalətində yaşayan Ruhinga müsəlmanlarına qarşı növbəti hücumlara start verilib.

Bu məzlum xalq illər boyudur ki, “myanmalı olmamaları” bəhanəsilə zülm və cinaytlərə məruz qalırlar. İfratçı buddistlərin idarəçiliyi və Myanma dövləti və ordusunun əli ilə həyata keçən bu cinayət faciəsində məzlum müsəlmanlar qətlə yetirilirlər, evləri, məscidləri və mağazaları yandırılır və təcübləndirici vəhşiliklər ilə öz yurd-yuvalarından didərgin salınırlar.

Rəsmi statistikaya əsasən təkcə son həftə ərzində baş verən qarşıdurmada 400 Ruhinga müsəlmanı qətlə yetirilib. Bir halda ki, son beş il ərzində 100 minlərlə insan birbaşa qətlə yetirilib və yaxud məcburi köç əsasında dənizdə boğularaq həyatlarını itiriblər. Myanmadan qovulan müsəlmanların sayı isə, milyonu ötüb.

Dünyanın müxtəlif bölgələrinin elit təbəqəsindən ibarət yüzlərlər üzvü olan Ümüdünya Əhli Beyt (ə) Assambleyası dünya xalqlarını aşağıdakı məsələlərə diqqətlərini cəlb edir:

1- Bütün dinlərin əsasını tovhid, əxlaq, məhəbbət bəsləmək və insanların bir-birilə sülh və amanlıq içində yaşamaqlarından ibarətdir. Deməli hər hansı bir dövlət və ya qrup insanları öldürürsə hansı dinin sahibi olmasına baxmayaraq yalançıdır.

2- Bir coğrafi əraziyə bağlı olan vətəndaşların hüquqlarının qorunması hər bir ölkə vətəndaşlarının aşkar hüquqlarından biridir. Beynəlxalq qanunlar da buna təkid edir.

3- Bir dövlət bir bölgədə yaşayan bir qrup insanların vətəndaşlıq hüquqlarını rəsmən qəbul etməsə belə yenə onları qətlə yetirib, yandırıb yaxud qaçqın vəziyyətinə salmağa heç bir haqqı yoxdur.

4- Dünyanın bir çox ölkələri müharibə bölgələrindən qaçqın düşən mühacirlərə evsahibliyi etdiyi bir vaxtda təəccübli bir haldır ki, Myanma dövləti on əsirlərlə bu ölkədə yaşayan camaatını Myanmalı olmadıqları bəhanəsi ilə, qeyri-insani üslublarla öldürüb məhv edir.

5- Qeyd etməliyik ki, radikal buddistlərlə yanaşı “vəhhabilərin” və “təkfirçilərin” tökdükləri planlardan qafil olmamalıyıq. Fars Körfəzi sahillərində olan ərəb dövlətlərinin buraxdıqları neftin pulları verdikləri dəstəkləri ilə dünyada nifrət və İslam fobiyasını yayaraq, müsəlman, xristian, buddist və sair din ardıcıllarına rəhm etmirlər. İndi də sionistlərin yaratdığı meydanda oyun oynayaraq, cinayətkarları təhrik edir və əllərinə bəhanələr verirlər. Onlar müsəlmanlar ilə buddistlər arasındakı fitnəni daha da alovlandırırlar.

6- İfratçı müsəlmanlar tərəfindən həyata keçirilən xırda zorakılıq detallarına görə ABŞ və digər hegemon dövlətlərin səsləri dünyanı bürüdüyü bir halda uzun illərdir Myanmada müsəlmanlara qarşı həyata keçirilən soyqırım aktını susqunluqla qarşılayır və səmərəsini itirmiş ikibaşlı cümlələrlə mövqeylərini ortaya qoyurlar.

7- İslam Əməkdaşlıq Təşkillatlarından ciddi sürətdə istəyimiz budur ki, Myanmar dövlətinə və beynəlxalq insan haqqları təşkillatlarına təzyiq göstərərək müsəlmanlara qarşı gedən bu soyqırım hadisəsinin qarşısını alsınlar. Necə ki, İmam Xamenei cənabları özünün həcc mesajında bu məsələyə təkid edərək buyurmuşdur: “İslam ölkələrinin başçıları, İslam dünyasının dini, siyasi və mədəni elit təbəqələri Miyanma məzlumları timsalında olan zülmə məruz qalmış azlıqda olan müsəlmanların hüquqlarını müdafiə edilməlidir.”

8- Baş verən bu cinayət hadisəsinin sonunun pis olacağı ilə bağlı Myanma dövlətinə xəbərdarlıq etməklə yanaşı, hər iki tərəfi danışıqlara və böhranın beynəlxalq qanunlar və əxlaq normaları çərçivəsində həll edilməsinə dəvət edirik.

9- həmçinin bütün azadə insanlardan və dünya müsəlmanlarından istəyimiz budur ki, öz etiraz səslərini müxtəlif formalarda dünya xalqlarına çatdırsınlar. Bəlkə yenə də, oyaq qalmış vicdanlar olsun və din pərdəsi altında insanlara zülm edilməsinin qarşısını alsınlar.

“O kəslər ki, haqsız yerə, ancaq 'Rəbbimiz Allahdır' - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!” (Həcc sürəsi, ayə 40)

Ümüdünya Əhli Beyt (ə) Assambleyası
14 Şəhrivər 1396-cı il

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky