şeytan pərəstlik

Kolumbiyada satanistlərin ibadətgahı açıldı – Foto, Video

Yollarını azmış insanlar "Bafomed"ə Allahın Rəhmət Dərgahından qovulmuş ünsürə (İblisə) ibadət edirlər.


Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kolumbiyada satanistlərin ibadətgahı açıldı. Yollarını azmış insanlar "Bafomed"ə Allahın Rəhmət Dərgahından qovulmuş ünsürə (İblisə) ibadət edirlər.

Qurani Kərimdə Allah Təbarəku Təala şeytan və ona tapınanlar haqda İbrahim sürəsinin 22-ci ayəsində belə buyurur: "İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək: 'Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!"

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky