İslam və Sağlamlıq

Neysan suyunun xüsusiyyəti. Bahar yağışından qafil olmayın!

Hədislərdə bu suyun elə təsirləri bəyan olunubdur ki, insanı heyrətləndirir.

Neysan suyunun xüsusiyyəti. Bahar yağışından qafil olmayın!

Qurani-Məcid Ənfal sürəsi ayə 11-də buyurur: “... Allah sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi doldurmaq və sizi sabitqədəm etmək üçün göydən üstünüzə yağış yağdırdı.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Neysan ayı, Rum təqviminin səkkizinci ayıdır ki, təxminən 12 aprel başlayır və 30 gün çəkir. Bəzi hədislərə istinadən bu ayda yağan yağışın xüsusi təsirləri vardır.

Kim bu yağışın suyundan təmiz bir qaba yığıb və ona aşağıdakı surə və duaları oxusa, sonra bu sudan içsə, cismində və ruhunda olan müxtəlif xəstəliklərdən xilas olar.

Hədislərdə bu suyun elə təsirləri bəyan olunubdur ki, insanı heyrətləndirir.

Sözügedən surə və dualar aşağıdakılardır:

1⃣-  “Həmd” surəsi;

2⃣-  “Ayətəl-kürsi”;

3⃣-  “Kafirun” surəsi;

4⃣-  “Ə`la” surəsi;

5⃣-  “Fələq” surəsi;

6⃣-  “Nas” surəsi;

7⃣-  “İxlas” surəsi.

Bu surələrin hər birini 70 dəfə oxu.

Həmçinin aşağıdakı zikrlərin hər birini 70 dəfə de:

1⃣-  “Lə iləhə illəllah”;

2⃣-  “Əllahu əkbər”;

3⃣-  “Əllahummə səlli əla Muhəmməd və Ali-Muəhəmməd”;

4⃣-  “Subhanəllah, vəl-həmdu lilləh, və lə iləhə illəllah, vəllahu əkbər”.

Mərhum Əllamə Məclisi yazır: “Yağış suyu ümumiyyətlə mübarək və xeyirlidir, necə ki, mötəbər bir hədisdə Əmirəl-möminin Əli (əleyhi səlam) buyurur: “Göydən yerə enən suyu için, çünki bu su bədənləri pak edir və dərdləri aradan aparır.””

Qurani-Məcid Ənfal sürəsi ayə 11-də buyurur: “... Allah sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi doldurmaq və sizi sabitqədəm etmək üçün göydən üstünüzə yağış yağdırdı.”

Həmçinin Furqan sürəsinin 48 və 49-cu ayələrində buyurur: “Küləkləri rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki, Onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları və bir çox insanları sirab edək!”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky