Sağlamlıq

Limfa adlanan rəngsiz maye bədənimizdə nəyə yararlıdır və duş altında masaj etdikdə bədəndə nə baş verir?

  • News Code : 819010
  • Source : Publika
Brief

Limfa adlanan rəngsiz maye limfa kanalları ilə dolaşır, bütün bədəni dövr edərək, hüceyrələrin təmizlənməsi prosesini həyata keçirir, zərərverici virus və bakteriyaları orqanizmdən xaric edir...

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: Limfa, damar sisteminin bir hissəsini təşkil edən limfa sahələrindən, rəngsiz maye daşıyan limfa yollarından və qanı çoxaldan üzvlərdən ibarətdir.

Limfa adlanan rəngsiz maye limfa kanalları ilə dolaşır, bütün bədəni dövr edərək, hüceyrələrin təmizlənməsi prosesini həyata keçirir, zərərverici virus və bakteriyaları orqanizmdən xaric edir. Xəstəliklər haqqında da ilk məlumatı məhz limfa kanalları ötürür.

Əgər özünüzü daim əzgin və yorğun hiss edirsinizsə, boğazınız tez-tez gəlirsə, baş ağrıları, artrit və artıq çəkidən əziyyət çəkirsinizsə, deməli, limfa sisteminə diqqət etmək lazımdır.

Bu yazıda limfa sisteminin işini kompleks şəkildə yaxşılaşdırmağa yardım edən bir neçə təbii üsul təklif edəcəyik.

Dərindən nəfəs alın!

Limfa adlanan rəngsiz maye toxuması orqanizmdə qandan 3 dəfə çox dolaşır. Lakin qandan fərqli olaraq onun köçürülməsi yoxdur. Dərindən nəfəs aldıqda siz limfanın yenilənməsinə imkan yaratmış olursunuz.

Daha çox hərəkət

Tullanın, sürətlə yeriyin. Dartınma hərəkətləri və digər fiziki məşqlər limfaların intensivliyinin yaxşılaşdırılmasına müsbət təsir edir.

Daha çox su için!

Əgər kifayət qədər maye qəbul etmirsinizsə, bu zaman orqanizmdəki zəhərli maddələrin atılması prosesi ləngiyir. Zərərli maddələrin toplanması nəticəsində orqanizm zəhərlənir. Daha yaxşı nəticə üçün suya bir az limon şirəsi əlavə edin.

Şirin qazlı suları unudun!

Belə içkilərdə şəkərin miqdarı çox olur. Orqanizmi həddindən artıq yükləmək nəyə lazımdır?!

Acqarına təzə meyvə yeyin!

Əksər meyvələr mədədə 30 dəqiqə ərzində həzm olunur. Onların tərkibindəki faydalı turşu və fermentlər həzm prosesinin fəaliyyətinə kömək edir.

Göyərti və tərəvəz yeyin!

Onlardakı bol xlorofil qanı və limfanı mükəmməl şəkildə təmizləyir.

Qoz yeyin!

Qoz-fındıq insanın fiziki gücünü artırır, əzələlərin vəziyyətinə müsbət təsir edir. Yunan qozu, Braziliya badamı, fındıq, habelə, günəbaxan və balqabaq tumu bu işdə sizə yardımçı olacaq.

Bitki çayları için!

Bitki çayları, xüsusilə biyankökü çayı limfalara müsbət təsir edir. Bununla belə, çayların istifadəsinin əks göstərişi olmadığından əmin olun.

Özünüzü masaj edin!

Duş qəbulu zamanı masaj alətləri ilə özünüzü masaj edin. Masaj alətini aşağıdan yuxarıya doğru hərəkət etdirin.

Kontrast duş qəbul edin!

Son illərdə kontrast duşun faydası barədə çox danışılır. Soyuq su praktiki olaraq orqanizmin bütün sistemlərinin işini stimullaşdırır!

Detoksikasiya prosesinə başlamaq heç zaman gec deyil! Özünüzü güclü və gümrah hiss etmək üçün elə indi yazılanlara əməl etməyə başlayın.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky