Sağlamlıq

Diz oynağının əməliyyatdan sonrakı reabilitasiyası

Endoprotezləşdirmə əməliyyatından sonra uzun müddət orqanizmə hələ ki yad olan yeni süni oynaq ətrafında iltihab ocaqları qalır və bundan başqa bəzən travmatoloqlar yeni süni oynagı sümüyün altında ideal şəkildə fizioloji olaraq uyğun yerləşdirə bilmirlər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliy: Diz oynağının reabilitasiyası travma ilə yanaşı, diz oynağının endoprotezləşdirilməsindən sonra da mütləq aparılmalıdır. Endoprotezləşdirilmə əməliyyatının qısaca mexanizmi belədir: zədələnmiş, artıq yararsız olan oynaq götürülür və yerinə, biomexaniki xarakterinə görə təbii diz oynağı ilə eyni olan süni materiladan hazırlanmış oynaq yerləşdirilir.

Diz oynağının süni oynaqla dəyişdirilməsindən sonra, fərqi yoxdur pasiyent endoprotezlə ilk addımını axsamadan sərbəst ata bilir və ya normal addım üçün uzun vaxt tələb olunub, ilkin olaraq bütün şəxslərdə istisnasız şəkildə mütləq reabilitasiya aparılmalıdır. Endoprotezləşdirmə əməliyyatından sonra uzun müddət orqanizmə hələ ki yad olan yeni süni oynaq ətrafında iltihab ocaqları qalır və bundan başqa bəzən travmatoloqlar yeni süni oynagı sümüyün altında ideal şəkildə fizioloji olaraq uyğun yerləşdirə bilmirlər.

Buna görə də, pasiyentə yeni süni oynağın uyğunlaşmasına və baş verə biləcək ağırlaşmaların qarşısının alınmasına yönəldilmiş kompleks reabilitasiya tədbirləri təyin olunur.

Xüsusi qeyd etməliyik endoprotezləşdirmə, bağların bərpası və menisk əməliyyatlarından sonra birinci həftədən başlanılaraq aparılan fiziki reabilitasiyanın oynağın gələcək bərpasının sürətinə və effektivliyinə çox mühüm təsirini. Fiziki reabilitasiya diz oynağından travma almış şəxslərdə ilkin olaraq fərdi tibbi məşqlərlə başlanılır.

Fiziki hərəkətlər oynaqda zədələnmiş nahiyədə qan dövranını stimulə edərək yaxşılaşdırır ki, bu da oz növbəsində regenerasiyanı sürətləndirir və yerli immuniteti gücləndirir.

Bu cür pasiyentlər fiziki məşğələləri müxtəlif şəkildə yerinə yetirirlər:

- əməliyyat olunmuş ayaqda bud əzələlərini izometrik gərginləşdirərək;

- əməliyyat olunmuş ayaqda yüngül şəkildə dinamik məşqlər edərək;

- düz səth üzərində müalicəvi yerimə məşqlərilə;

- Ümumi olaraq əmək qabiliyyətinin bərpası və yaxşılaşdırılması üçün, təkcə əməliyyat olunmuş ayaq deyil, eyni zamanda demək olar ki bədənin bütün əzələlərinin ümümi inkişafına yönəldilmiş hərəkətlər seçilir.

Fərdi tibbi məşqlər, ilk bir neçə gün 20-30 dəqiqədən artıq olmayan müddətdə və əməliyyat olunmuş nahiyənin minimal yüklənməsilə aparılır.

Erkən əməliyyatdan sonrakı dövrdə reabilitasiya məqsədilə həmçinin manual terapiya ( masaj, manual limfodrenaj), fizioterapevtik avadanlıqlarla proseduralar( məs: budun dördbaşlı əzələsinin elektrostimulyasiyası) tətbiq olunur.

Ultra-səs terapiyasının da əməliyyat olunmuş oynaqda mikrosirkulyasiyanı gücləndirdiyi, şişi azaltdığı və ağrını aradan götürdüyü isbat olunmuşdur.

Bərpa müddəti 6-8 həftə çəkir və reabilitasiya planı aşağıdakı məqsədləri daşıyır:

- optimal hərəki stereotipinin bərpası və fiziki yüklənməyə dözümlülüyün artırılması;

- sağrı, bud və baldır nahiyəsi əzələlərinin dözümlülüyünün artırılması;

- ümumi əmək qabiliyyətinin bərpası;

- diz oynağının hərəkətliliyinin bərpası;

Berpa – məşq dövrü növbəti məqsədlər ortaya qoyulur:

- ümumi və xüsusi idman hazırlılığının bərpası;

- sadə məşq yüklənməsinə uyğunlaşma;

- əzələ dözümlülüyünün məşqi;

Bu etapda reabilitasiya metodlarından fərdi tibbi məşq, manual terapiya və fizioterapevtik avadanliqlarla terapiya istifadə olunur.

Bərpa - məşq dövründə istifadə olunan masaj və manual terapiya oynağın hərəkət amplitudasının artmasına ,əzələlər güclənməsinə və əzələ disbalansının aradan qaldırılmasına çox effektiv təsir göstərir.

Bu dövrdə eyni zamanda fizioterapevtik avadanlıqlarla terapiya metodlarından elektroforez, fərqli dərman preparatları ilə fonoforez, lazer terapiyası, əzələlərin elektro stimulyasiyası istifadə olunur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Reabilitoloq

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky