Sağlamlıq

Bel yırtığında bel dartması - Traksiya

Bel yırtığında bel dartması - Traksiya

Traksiya xüsusi monitorlaşmış çəkmə sisteminin vasitəsiylə lazım olan bölgədə əzələ spazmını azaltmaq və dekompressiya yaratmaq məqsədilə tətbiq olunur ki, bu da kompression-mexaniki ağrılar zamanı çox faydalı ola bilir

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bir çox insan bel yırtığı və bunun kimi xəstəliklərdən əziyyət çəkməkdədir. Bu xəstəlik ilə mübarizədə Aşağı Tezlikli Elektrik Cərəyanları və Traksiya-dan da istfadə olunur.

Aşağı Tezlikli Elektrikcərəyanları fizioterapiyada, əzələ və sinir toxumalarını stimulyasiya etmək üçün tətbiq olunur.

Təsiri: Əzələri stimulyasiyaedici, ağrıkəsici, qan dövranı yaxşılaşdırıcı, ödəm azaldıcı təsiri ilə sümük-əzələ, periferik sinir sisteminin bir çox xəstəliklərinin və disk yırtıqlarının müalicəsində istifadə olunur.

 

Traksiya (Dartma)

Xüsusi monitorlaşmış çəkmə sisteminin vasitəsiylə lazım olan bölgədə əzələ spazmını azaltmaq və dekompressiya yaratmaq məqsədilə tətbiq olunur ki, bu da kompression-mexaniki ağrılar zamanı çox faydalı ola bilir.

Təsir mexanizmi: Fəqərələrin arxa oynaqlarını (faset oynaqları) bir-birindən ayıraraq, üzərinə düşən yükü azaltmaq

 

Əzələ və bağları gərmək

Bu iş, bağaltı disk protruziyalarda və bəzi bağaltı disk yırtıqlarında faydalı ola bilir.

Diqqət! Hər bel yırtığında bel dartması olmaz. Çox təhlükəlidir yalnız həkim tövsiyyəsi əsasında icra olunmalıdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky