Qurani Kərim

Qvineyada taxta üzərində Quran təlimi – Foto

Qvineyada taxta üzərində Quran təlimi – Foto

Qvineyanın paytaxtı Konakridə yerləşən "L`ecole De Khalifa" Quran kursunda uşaqlar Qurani Kərimi ibtidai şəraitdə öyrənirlər. Kursda yetim uşaqlar da daxil olmaqla 5-15 yaşı olan 120 nəfər təhsil alır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qvineyanın paytaxtı Konakridə yerləşən "L`ecole De Khalifa" Quran kursunda uşaqlar Qurani Kərimi ibtidai şəraitdə öyrənirlər. Kursda yetim uşaqlar da daxil olmaqla 5-15 yaşı olan 120 nəfər təhsil alır.

Kursda müəllimlik edən Aboubacar Camara AA şəbəkəsinin müxbirinə verdiyi açıqlamada bildirib: "İmkanımız olmadığı üçün kiçik taxta lövhələr üzərinə ayələri yazaraq Quranı öyrətməyə çalışırıq. Ayələri əzbərlədikdən sonra onları silib yeniayələri yazıb əzbərlədirik.

Belə bir şəraitdə bölgədəki uşaqlara Quranı öyrətməyin çətin olduğunu bildirən Camara belə dedi: "Bu şəkildə uşaqlara Qurani Kərimi öyrətmək çox çətindir. Amma imkanımız buna çatır. Biz daha yaxşı şəraitdə təhsil vermək üçün kömək gözləyirik. Taxta ala biləcək belə bir imkanımız olmur."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky