Qur`ani Kərim

Qurani Kərimdə adları keçən insanı Allahdan qafil edən 7 səbəb

Qurani Kərimdə adları keçən insanı Allahdan qafil edən 7 səbəb

“Şeytan onlara hakim olub, Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər”. (“Mücadilə” 19).

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: "Qəflət elə bir şeytani virusdur ki, Allah bəndələrini, hətta böyük din alimlərini hətta bir anlıq da olsa, Allahdan qafil edə bilir. Böyük mərcəyi-təqlidlərdən olan Ayətullah Hacı Şeyx Əbdülkərim Hairi, Şeyx Murtəza Tehraninin yuxusuna girir və Mürtəza ağa ondan soruşur ki, siz o aləmdə əzab olunursunuzmu? Alim cavab verir: “Bir əzabım vardır və o da budur ki, niyə daha çox Allahı yada salmamışam. Ürəyim həmin anlar üçün yanır ki, Allahı yada salmamışam. Bu, mənim üçün ən böyük əzabdır”.

Qurani Kərimdə adları sadalanan İnsanı qafil edə bilən amillər:

1. Rifah istəmək və dünyaya həddən artıq çox diqqət etmək.

“Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsil) ziyankarlardır”. (“Munafiqun” 9).

2. Axirətdən qəflət etmək.

“Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər”. (“Rum” 7).

3. Yolunu azdıran dostlar.

«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım». «Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər (s) və Quranın həqiqəti) mənə çatdıqdan sonra o, (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən (s) və Qurandan) yayındırdı». Şeytan insanı həmişə xar edib və (indi də) edir”. (“Furqan” 28-29).

4. Şeytanın (Allah ona lənət etsin) insana hakim olması.

“Şeytan onlara hakim olub, Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər”. (“Mücadilə” 19).

5. Uzun arzulara malik olmaq.

“Qoy yesinlər, (dünyanın ləzzətlərindən) bəhrələnsinlər və arzular onların başlarını qatsın. Tezliklə başa düşəcəklər”. (“Hicr” 3).

6. Nəfsinə pərəstiş etmək.

“Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28).

7. Namaza yüngül yanaşmaq.

“Onların Kəbə evinin yanındakı namaz və duaları fit və əl çalmaqdan başqa bir şey deyildi. Buna görə də etdiyiniz küfrün cəzası olaraq dadın (dünya və axirət) əzabı(nı)!”. (“Ənfal” 35).

Allah Təala bizləri qəflətə düşməkdən Özü saxlasın!



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky