İslam və Cəmiyyət

Quran və övladı ana bətnində qoruyan sürələrr – Hər ay üçün

  • News Code : 852515
  • Source : Deyerler “Tebyan”-a istinadla
Brief

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Zariyat” surəsini oxuyar, ana bətnində olan uşağı siqt olmaqdan və təhlükədən qorumaq üçün təsirli olar”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: Cəmiyyəti idarə edib irəli aparan qüvvə cəmiyyətə hər bir tərəfdən əhatəsi olan qüvvəyə yəni Allaha (cəllə cəlaluh) aiddir. Xaliqdir ki, insanın tərbiyyəsi üçün ona qanunlar vəz edib bu qanunları Peyğəmbərləri vasitəsi ilə ona çatdırır... Cəmiyyətdə əsas məsələlərdən biri də, övladın dünyaya gətirilməsi və tərbiyyəsi məsələsidir. İslam bu işə ana bətnindən hətta bu prosesdən öncə belə diqqət yetirir. Belə ki, ana bətnində olan körpəni hər ayda təhlükədən qorumaq üçün bir sıra əməllər vardır ki, onlara nəzər saladıqda dediklərimizin şahidi oluruq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Zariyat” surəsini oxuyar, ana bətnində olan uşağı siqt olmaqdan və təhlükədən qorumaq üçün təsirli olar”.

Bunun üçün hər ay Qurani Kərimin müəyyən sürələrinin oxunması təkid olunur.

Birinci ay: Cümə axşamı və cümə günləri “Yasin” və “Saffat” surəsini oxumaq. Cümə günü səhər yeməyindən əvvəl acqarına nar yemək. Günəş çıxmazdan əvvəl hər gün iki ədəd xurmaya “Qədr” surəsini oxuyub, onu yemək.

İkinci ay: Cümə axşamı və cümə günlərində “Mulk” surəsini oxumaq. Cümə axşamı günlərində 140 dəfə və cümə günündə 100 dəfə salavatı “əccil-fərəcəhum”la birlikdə demək. Hər gün iki innaba “Tövhid” surəsini oxuyub, acqarına yemək.

Üçüncü ay: Cümə axşamı və cümə günlərində “Ali-İmran” surəsini oxumaq. Hər gün namazlardan sonra 140 dəfə salavat demək. Hər gün bir ədəd almaya “Ayətül-kürsü” oxuyub, acqarına yemək.

Dördüncü ay: Cümə axşamı və cümə günlərində “Dəhr” surəsini oxumaq. Namazlarda “Qədr surəsini oxumaq. Hər gün iki əncirə “Tin” surəsini oxumaq və acqarına yemək.

Beşinci ay: Cümə axşamı və cümə günlərində “Fəth” surəsini oxumaq. Namazlarda “Nəsr” surəsini demək. Hər gün bir ədəd yumurtaya “Həmd” surəsini oxuyub, yemək.

Altıncı ay: Cümə axşamı və cümə günlərində “Vaqiə” surəsini oxumaq. Axşam namazlarının birində “Tin” surəsini oxumaq. Hər gün bir nara “Fəth” surəsini oxuyub, acqarına yemək.

Yeddinci ay: Cümə axşamı və cümə günlərində “Yasin” və “Mulk” surəsini oxumaq. Hər gün 140 salavat demək. Hər gün bir heyvaya “Yasin” surəsini oxuyub, onu acqarına yemək.

Səkkizinci ay: Şənbə günü sübh namazından sonra “Qədr” surəsini on dəfə, bazar günü sübh namazından sonra “Tin” surəsini iki dəfə, bazar ertəsi günü “Yasin” surəsini, çərşənbə axşamı günü “Furqan”, çərşənbə günü “Dəhr”, cümə axşamı günü “Muhəmməd (s)” və cümə günü “Saffat” surəsini oxumaq.

Doqquzuncu ayda: İmam Zaman ağanın (ə.f) salamatlığına görə qurban kəsmək və ondan yemək. Cümə axşamı gülərində “Həcc” və cümə günlərində “Fatir” surəsini oxumaq. Hər gün bir miqdar süd və xurmaya “Dəhr” surəsini oxumaq və onu acqarına yemək.

Bundan əlavə uşağın ana bətnində təhlükədən uzaqda qalması üçün “Haqqə” surəsini yazıb, hamilə qadının özü ilə gəzdirməsi tövsiyə olunur.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky