Qurani Kərim Xəbərləri

İranlı vunderkin rekordu qırdı, qızcığaz 9 aya bütün Quranı əzəbərlədi – Foto

Cəmi 9 ay ərzində Qurani Kərimi əzbərləyən Zöhrə xanımın ən böyük arzusu İmam Zaman həzrətlərinin zühur etməsidir.

  • News Code : 836219
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Müsabiqədə nəyə görə iştirak edəcəyini açıqlayan 10 yaşlı Zöhrə xanım deyir: “İslami Təbliğat Təşkilatının keçirtdiyi bu müsabiqədə ilkin yeri kəsb edən qaliblərə magistra diplomu təqdim ediləcək. Və mən istəyirəm bu diplomu alam.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Həmədan şəhərindən olan 10 yaşlı Zöhrə xanım külli Qurani Kərimi 9 ay ərzində əzbərləyib hifz etməyə müvəffəq olmuşdur.

Zöhrə Vəhdəti Əneş bu il keçiriləcək Qurani Kərim Hafizlərinin Beynəlxalq Müsabiqəsində iştirak etmək niyyətində olduğunu deyib.

Müsabiqədə nəyə görə iştirak edəcəyini açıqlayan 10 yaşlı Zöhrə xanım deyir: “İslami Təbliğat Təşkilatının keçirtdiyi bu müsabiqədə ilkin yeri kəsb edən qaliblərə magistra diplomu təqdim ediləcək. Və mən istəyirəm bu diplomu alam.”

Qeyd edək ki, Zöhrə xanım bu il Quran Elmləri üzrə magistra mərhələsi üçün keçirilən konkurda iştirak edərək istədiyi fakultəyə qəbul olunub. Bundan əlavə o ölkə üzrə keçirilən konkurdada iştirak edib və istədiyi fakültəyə qəbul olunub.

Cəmi 9 ay ərzində Qurani Kərimi əzbərləyən Zöhrə xanımın ən böyük arzusu İmam Zaman həzrətlərinin zühur etməsidir.

Balaca Quran Hafizi eyni zamanda sonradan qəlb cərrahiyyəsi üzrə mütəxəssis olmaq istədiyini bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky