Qurani Kərim

Gürcüstanda “Qurani-Kərim”in Azərbaycan və gürcü dillərində tərcüməsi yenidən çap olunub - Foto

  • News Code : 854063
  • Source : Report
Brief

Kitab dini məktəblərə və məscidlərə, həbsxanalardakı dini ibadət yerlərinə, eləcə də maraqlananlara pulsuz paylanacaq

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sifarişi və dəstəyi ilə “Nurlar” və “Hayrat” nəşriyyatında “Qurani-Kərim”in Azərbaycan və gürcü dillərində tərcüməsi yenidən çap olunub.

Məlumata görə, əvvəlki nəşrdən fərqli olaraq yeni kitabda mətn ərəbcə verilir, haşiyələrdə isə tərcümələr qeyd olunur.

GMİ-nin sədri Ramin İgidov “Report”a bildirib ki, latın qrafikası ilə Azərbaycan dilində nəşr olunan “Qurani-Kərim”in növbəti tərcüməsi akademik Ziya Bünyadov və Vasim Məmmədəliyevə, gürcü dilinin tərcüməçisi isə Rezo Mikeladzeyə məxsusdur.

Onun sözlərinə görə, kitab dini məktəblərə və məscidlərə, həbsxanalardakı dini ibadət yerlərinə, eləcə də maraqlananlara pulsuz paylanacaq. Ötən il də 3000 nüsxədə Ağabala Mehdiyev və Dürdanə Cəfərlinin tərcümə etdiyi (ərəbcə mətn və izahlı tərcüməsi olan) 1200 səhifədən ibarət "Qurani-Kərim" çap edilərək Gürcüstanda yaşayan müsəlmanlara pulsuz təqdim olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky