Asiya Xəbərləri

Pakistanda Xanım Fatiməyi Zəhraya əza saxlamaq qadağan edildi

Pakistanın Pəncab əyalətinin vəhhabi əqidəli icra başçıları Əyyami Fatimiyyənin keçirilməsini qadağan ediblər.

Pakistanda Xanım Fatiməyi Zəhraya əza saxlamaq qadağan edildi

Şəhər sakinləri hadisə ilə bağlı etirazlarını bildiriblər. Polis və təhlükəsizlik qüvvələri isə, öz növbəsində icra başçısının şəhərdə hər hansı bir əza məclisinin o, cümlədən Əyyami Fatimiyyənin keçirilməsini qadağan etdiyi göstəriş vərəqisini təqdim ediblər. Lakin xalq bu qanunsuzluqla razılaşmayacaqlarını və hər bir halda əzadarlıq mərasimlərinin keçirəcəklərini vurğulayıblar.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Pakistanın Pəncab əyalətinin vəhhabi əqidəli icra başçıları Əyyami Fatimiyyənin keçirilməsini və Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) dürdanə qızı hzərət Fatiməi Zəhraya (əleyh asəlam) əza saxlanılmsını qadağan ediblər.

Məlumatımıza görə, Martın 2-si, Məğrib namazından sonra Pəncab əyalətinin Sərqudha şəhərində yaşayan Şiələr Xanım Fatiməi Zəhraya (əleyha səlam) əza saxlamaq istəyərkən şəhər polis işçiləri və təhlükəsizlik qüvvələri əzadarlıq mərasimin dağıdaraq insanları pərakəndə ediblər.

Şəhər sakinləri hadisə ilə bağlı etirazlarını bildiriblər. Polis və təhlükəsizlik qüvvələri isə, öz növbəsində icra başçısının şəhərdə hər hansı bir əza məclisinin o, cümlədən Əyyami Fatimiyyənin keçirilməsini qadağan etdiyi göstəriş vərəqisini təqdim ediblər. Lakin xalq bu qanunsuzluqla razılaşmayacaqlarını və hər bir halda əzadarlıq mərasimlərinin keçirəcəklərini vurğulayıblar.

Pəncab əyalətinin Şiə Liderləri məsələ ilə bağlı narahatçılıqlarını bildirərək, şəhər icra başçısı və əyalət icra orqanlarına səsləniblər. Onlar ölkə başçılarının vəhhabi əqidəli Səudiyyə rejiminə tabe olmamalarını eyni zamanda müxtəlif din və məzhəb sahibləri ilə davranarkən Muhəmməd Əli Cənahın yolun davam etdirmələrini vurğulayıblar.

Qeyd edək ki, Pakistan hakimiyyəti Səudiyyə rejimi ilə sıx əlaqələri vardır. Belə ki, vəhhabi və təkfirçi ünsürlərin əksəriyyəti Pakistanlı olmaqla yanaşı Pakistan ərazilərində hərbi, əqidəvi təlimlər görərək dünyanın müxtəlif bölgələrinə terror törətmək üçün göndərilirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky